logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Mühasibat uçotunun elektron formada aparılması tələbi vergi orqanının elektron auditinə xidmət edəcək?

  • Bloq
  • 24-yan-2024, 11:07
  • 162
Mühasibat uçotunun elektron formada aparılması tələbi vergi orqanının elektron auditinə xidmət edəcək?


Xəbər verdiyimiz zamanı, Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib.

Fərmanın tələblərinə haqqında məlumat verməmişdən öncə bəzi məqamlara aydınlıq gətirəciyik. Fərmanla eyni gündə “Mühasibat uçotu haqqında” AR Qanununa da dəyişiklik edilib. Həmin qanuna edilən əlavə edilən 3.1-1-ci maddəyə əsasən, aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:

- iri sahibkarlıq subyektlərində;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində (Fərmana uyğun olaraq);

- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;

- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə (Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir).

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin (hüquqi və fiziki şəxslərin) siyahısını hazırlanması Vergi Məcəlləsinin 16.1.3-1-ci maddəsinin tələblərinə uyğun olub. Vergi Məcəlləsinin 16.1.3-1-ci maddəsinə əsasən, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi hesab edilir. Qeyd edək ki, bu maddə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslərlə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.

Artıq “Mühasibat uçotu haqqında” Qanun qüvvəyə mindiyi üçün, mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektləri tərəfindən İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən məlumatlar vergi orqanına təqdim ediləcək. Vergi orqanında olan həmin məlumatlar vergi ödəyiciləri tərəfindən həyata keçirilən əməliyyatların sayının, habelə dövriyyələrinin çox olması vergi orqanları tərəfindən onların fəaliyyəti üzrə vergi nəzarəti tədbirlərinin daha sürətli və əhatəli, daha az resurslar cəlb edilməklə həyata keçirilməsi üçün şərait yaradacaq. Bu səbəbdən də, vergi orqanı həmin məlumatlar əsasında elektron audit həyata keçirilməsini təşkil edəcək. Qeyd edək ki, Vergi Məcəlləsinin 13.2.68-ci maddəsinə əsasən, elektron audit vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlamasıdır.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəinə əsasən, mühasibat uçotu subyekti tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Yekun olaraq, Fərmanla müəyyən edilən orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması mərhələləri qeyd edirik:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;

- telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;

- yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;

- idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;

- digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech