logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Yükdaşıma fəaliyyəti ilə məşğul olanlarla bağlı tələblər niyə fərqli müəyyən olundu?

  • Bloq
  • 01-fev-2024, 12:50
  • 156
Yükdaşıma fəaliyyəti ilə məşğul olanlarla bağlı tələblər niyə fərqli müəyyən olundu?


Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi yeni redaksiyada təsdiq edilib. Həmin maddəyə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir.

Maddənin öncəki redaksiyası ilə müqayisədə aydın olur ki, Azərbaycan Respublikasının ərazisində yük daşımaları həyata keçirilən şəxslərlə bağlı qeydlər maddədən çıxarılıb. Oxşar dəyişikliklər 220.6-ci, 220.7-ci, 221.4-cü, 221.4.1–221.4.6-cı və 221.4.7-ci maddələrdə də edilib.

1 yanvar 2024-cü il tarixə kimi yükdaşıma fəaliyyəti üzrə məşğul olan şəxslər sabit məbləğdə sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta ödəməklə “Fərqlənmə nişanı” ilə fəaliyyət göstərirdi. Bu zaman yükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisinin istər vətəndaşlara, istərsə də vergi ödəyicilərinə göstərdiyi xidmətin dəyərinin sadələşdirilmiş verginin məbləğinə heç bir təsiri olmurdu. Bəzi vergi ödəyiciləri yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən yüksək məbləğdə elektron qaimə-faktura almaqla xərclərini süni şəkildə artırır və 20 faizlik mənfəət vergisindən azad olurdu. Dəqiqləşdirilməmiş məlumata əsasən, 2022-ci ildə yalnız yükdaşıma fəaliyyətini həyata keçirən və ƏDV və mənfəət rejimində olmayan subyektlər tərəfindən göstərilən xidmətlərin dəyəri 291 milyon manat olub. Sui-istifadə hallarının həddən çox olması səbəbindən 1 yanvar 2024-cü il tarixindən yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərininin sabit məbləğdə sadələşdirilmiş vergi ödəməklə fəaliyyət göstərməsinə qadağa tətbiq edildi.

Son dəyişikliklər nəzərə alınmaqla, yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə bağlı bəzi məqamları həmkarlarımızın diqqətinə çatdırırıq.

Birinci məqam. Yükdaşıma fəaliyyət göstərən vergi ödəyiciləri “Fərqlənmə nişanı” əsasında fəaliyyətlə məşğul olsa da, həmin nişanın alınması üçün Vergi Məcəlləsində hər hansı ödəniş nəzərdə tutulmur. Vergi Məcəlləsinin 221.4.7-ci maddəsində edilən dəyişikliyə əsasən, yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı”nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi tələb edilmir və qeyd edilən öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada yerinə yetirilir.

İkinci məqam. Yükdaşıma fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olduqda o, məcburi ƏDV qeydiyyatına alınacaq. Vergi ödəyicisi dəyişikliyə qədər sabit məbləğdə sadələşdirilmiş vergi ödəməklə fəaliyyət göstərdiyi üçün ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcminin 200.000 manatdan çox olması tələbi 1 yanvar 2024-cü il tarixdən sonrakı dövrə şamil ediləcək.

Üçüncü məqam. Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinin tələblərinə uyğun olaraq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olduqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirəcək.

Dördüncü məqam. Yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi ilk dəfə fəaliyyətə başlayanda sərbəst şəkildə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisi ödəyicisi hüququndan istifadə edə bilər. Vergi ödəyicisi könülü şəkildə ƏDV ödəyicisi ola bilər, amma həmin şəxslərin 1 yanvar 2024-cü il tarixdən öncəki 3 il üzrə ƏDV qeydiyyatı üzrə müraciəti məhdudlaşdırılıb.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech