logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İdxal edilən kənd təsərüffatı mallarına görə ƏDV-nin əvəzləşdirilməsi

  • Bloq
  • 19-fev-2024, 10:40
  • 155
İdxal edilən kənd təsərüffatı mallarına görə ƏDV-nin əvəzləşdirilməsi

İdxal edilən kənd təsərüffatı mallarına görə ƏDV-nin əvəzləşdirilməsi


2024-cü ildən Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də kənd təsərrüfatı mallarının idxalı ilə bağlıdır. Belə ki, həmin malları idxal edən şəxslər bu ildən etibarən gömrük orqanlarına ödədikləri ƏDV məbləğini tam şəkildə əvəzləşdirmək hüququ qazanırlar. Yeniliyi Vergi eksperti Cavid Vəlizadə şərh edir.

Vergi Məcəlləsinin 159, 174.3 və 174.4-cü maddələrinə əsasən, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda 2022-ci ilin yanvarın 1-dən 3 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Belə olan halda vergi ödəyicisi kənd təsərrüfatı mallarının uçotunu ayrılıqda aparmalıdır və Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, bu malların alışı zamanı ödədiyi ƏDV məbləğləri əvəzləşdirilmir.

Misal 1: “XXXX” MMC kənd təsərrüfatı mallarını idxal edən zaman gömrük orqanlarına malların invoys və gömrük rüsumları daxil 50.000 manat və 9.000 manat ƏDV məbləği ödəyib. MMC əldə etdiyi malları digər vergi ödəyicisinə 65.000 manata təqdim edib.

Malın maya dəyəri – 50.000 + 9.000 = 59000 manat;

Ticarət əlavəsi – 65.000 – 59.000 = 6.000 manat;

Ticarət əlavəsindən hesablanan ƏDV - 6.000 x 18% = 1.080 manat.

Lakin 2024-cü ildən etibarən, Vergi Məcəlləsinin 175.13-cü maddəsinə əsasən, kənd təsərrüfatı mallarını idxal edən şəxslərin gömrük orqanlarına ödədikləri ƏDV məbləğini tam şəkildə əvəzləşdirmək hüququ vardır. Həmin şəxslər əldə etdikləri malları təqdim edən zaman ƏDV məbləğini ticarət əlavəsindən deyil, malın tam dəyərindən hesablamalıdırlar.

Misal 2: “XXXX” MMC kənd təsərrüfatı mallarını idxal edən zaman gömrük orqanlarına malların invoys və gömrük rüsumları daxil 50.000 manat və 9.000 manat ƏDV məbləği ödəyib. MMC əldə etdiyi malları digər vergi ödəyicisinə 56.000 manata təqdim edib:

Malın maya dəyəri – 50.000 manat;

Əvəzləşdirilən ƏDV - 9.000 manat;

Hesablanan ƏDV – 56000 x 18% = 10.080 manat;

Büdcəyə ödəməli ƏDV – 10.080 – 9.000 = 1.080 manat.

Hər iki misala baxsaq, görərik ki, şəxsin əldə etdiyi rentabellik və büdcəyə ödəyəcəyi ƏDV hər iki misalda eyni rəqəmlərdir. Lakin unutmaq olmaz ki, yeni metodla alınan mallar cari ayda satılmaya bilər. Ancaq şəxsin ödədiyi ƏDV məbləği cari ayda əvəzləşdiriləcək.

Şəxs yeni metodu tətbiq etmək üçün öz seçimləri barəsində 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu malların ƏDV məbləği əvəzləşdirilmir və ƏDV ticarət əlavəsindən hesablanır. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech