logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək qabiliyyətinin itirilməsi halında müavinətlə bağlı müddət məsələsi necə tənzimlənir?

  • Bloq
  • 27-fev-2024, 09:28
  • 146
Əmək qabiliyyətinin itirilməsi halında müavinətlə bağlı müddət məsələsi necə tənzimlənir? (5 hal üzrə izah)

Əmək qabiliyyətinin itirilməsi halında müavinətlə bağlı müddət məsələsi  necə tənzimlənir?


İndi isə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamalar haqqında məlumat verək. Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Müddət məsələsini misallarla izah edək.

Mİsal 1. İşçi 1 fevral 2024-cu il tarixdən 28 fevral 2024-ci il tarixə kimi əmək qabiliyyətini müvəqqəti itirib. Bu zaman ilk 14 gün üçün yəni 1-14 fevral 2024-ci il tarixlərə düşəcək iş günlərinə görə müavinətin ödənilməsi işəgötürən tərəfindən həyata keçiriləcək. İşçinin 15-28 fevral 2024-ci il tarixlərinə düşən iş günlərinə görə müavinət isə DSMF tərəfindən ödəniləcək.

Mİsal 2. İşçi 10 fevral 2024-ci il tarixindən 20 fevral 2024-ci il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda işçiyə əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinətin ödənişini işəgötürən həyata keçirəcək. Çünki işçinin əmək qabiliyyətini itirdiyi müddət 14 gündən azdır.

Mİsal 3. İşçi 10 yanvar 2024-cu il tarixindən 3 fevral 2024-ci ilə qədər əmək qabiliyyətini itirir. 4 fevral 2024-ci il tarixdə işə başlasa da, 6 fevral 2024-ci il tarixdə yenidən əmək qabiliyyətini 20 günlük itirməsi haqqında sənəd təqdim edir. Bu zaman xəstəlik vərəqəsində fasilə olduğu üçün, birinci və ikinci xəstəlik vərəqəsinə görə ilk 14 günə düşən iş günlərinə görə müavinət işəgötürən tərəfindən ödənilir.

Mİsal 4. İşçi 1 mart 2024-ci il tarixdə əvvəlcə əmək qabiliyyətini 20 günlük itirməsi haqqında sənəd təqdim etsə də, sonra əmək qabiliyyətinin təkrar itirməsi haqqında sənəd gətirir. Bu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqələrinə görə fasiləsiz olaraq ardıcıl davam etdiyi üçün, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin yalnız ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti hesabına ödənilir. Qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları DSMF hesabına ödənilir.

Mİsal 5. İşçi 12 fevral 2024-ci il tarixdə əmək qabiliyyətinin 10 günlük itirməsi haqqında sənəd təqdim edib. İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən 10 günlük müddət 21 fevral 2024-cü il tarixdə bitdikdən sonra 22 fevral 2024-cü il tarixdən 20 günlük əmək qabiliyyətini müvəqqət itirilməsi ilə bağlı sənədi təqdim edir. Bu zaman işəgötürən hər iki halda 14 günə təsadüf edən günlər üzrə ödənişi həyata keçirəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech