logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Kredit təşkilatlarına torpaq vergisi üzrə hansı güzəşt nəzərdə tutulub?

  • Bloq
  • 27-mar-2024, 13:51
  • 125
Kredit təşkilatlarına torpaq vergisi üzrə hansı güzəşt nəzərdə tutulub?

Kredit təşkilatlarına torpaq vergisi üzrə hansı güzəşt nəzərdə tutulub?



2024-cü ildə Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də kredit təşkilatlarının ödəməli olduğu torpaq vergisi ilə bağlıdır. Yeniliyi iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Bu ildən Vergi Məcəlləsinə torpaq vergisi ilə bağlı yeni maddə əlavə edilib. Məcəllənin 207.12-ci maddəsinə əsasən, kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Bu maddənin əlavə edilməsində məqsəd ondan ibarətdir ki, kredit təşkilatları ayırdıqları kredit xəttini geri ala bilmədikdə, girov kimi qoyulmuş torpağı balansına aktiv olaraq qəbul etdikdən sonra bu, torpağın ayrılan kredit məbləğini əvəz etməsi kimi nəzərə alınaraq torpaq vergisi verilməsin. Bu da öz növbəsində kredit təşkilatlarına stimul verəcək.

Misal: Fiziki şəxs Fariz Səmədov (ad şərtidir) mülkiyyətində olan 10 ha torpağını 2024-cü ilin aprel ayında girov qoyaraq “BY” kredit təşkilatından 510.000 manat kredit götürüb. Kredit ödənişi edə bilmədiyi üçün girov kimi qoyulan 10 ha torpaq 2025-ci ilin yanvar ayında “BY” kredit təşkilatının mülkiyyətinə keçib. Bu zaman 2025-ci ilin yanvar ayından 2 il müddətinə “BY” kredit təşkilatı mülkiyyətinə keçən 10 ha-lıq torpağa görə vergi ödəməyəcək.

Burada əsas məqamlardan biri də həmin kredit təşkilatının torpaq vergisi bəyannaməsini verib-verməyəcəyi ilə bağlıdır. Vergi Məcəlləsinə baxdıqda bəyannamənin verilməməsi ilə bağlı müddəaya rast gəlinmir. Ona görə də kredit təşkilatı torpaq vergisi bəyannaməsində 10 ha torpağı bəyan edib güzəştə saldıqdan sonra bəyannaməni Dövlət Vergi Xidmətinə təqdim etməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech