logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bankların "yaşıl kredit" xətti

  • Bloq
  • 28-mar-2024, 10:35
  • 148
Bankların "yaşıl kredit" xətti

Bankların "yaşıl kredit" xətti


COP29 çərçivəsində Azərbaycanda “yaşıl kredit” siyasəti həyata keçiriləcək. Bu barədə “Unibank”ın filial rəhbəri Turan Xəlilov məlumat verib. Onun sözlərinə görə, dövriyyələrini rəsmiləşdirən, şəffaf qaydada fəaliyyət göstərən sahibkarlara “yaşıl kredit”lərin ayrılması nəzərdə tutulub: “Tam şəffaf fəaliyyət göstərən sahibkarlara uyğun məhsulların hazırlanması, maliyyə dəstəyi göstərilməsi istiqamətində addımlar atılacaq. Kredit əldə etmək üçün əsas şərt şəffaf işləməkdir”.

T.Xəlilov seqmentlərə bölünmədən bütün sahələrə “yaşıl kredit”lərin ayrıldığını bildirib: “Son illər Azərbaycanda “kölgə iqtisadiyyatı”nın həcmi əhəmiyyətli dərəcədə azalıb. Sahibkarlar rəsmi dövriyyələrə, eləcə də bank məhsullarına daha çox üstünlük verirlər. Onlar rəsmi dövriyyə aparmaqla əlavə maliyyə alətlərindən istifadə edə biləcəklər. Əgər bir şirkət böyümək istəyirsə, mütləq şəkildə ona maliyyə dəstəyi lazımdır”.

T.Xəlilovun sözlərinə görə, rəsmi dövriyyəsi olan müştərilər banklardan aşağı tariflərlə kredit və xidmət ala bilirlər. Eyni zamanda, debitor borclarının qaytarılması, əmək haqlarının ödənilməsi və s. kimi çətinlikləri yarandıqda onlara qısamüddətli kreditlər təklif olunur. Bundan əlavə, POS-terminaldan istifadə edən şirkətlərə son 6 ayın dövriyyəsi həcmində kreditlər verilir.

Bankların kredit faizləri və xidmət haqlarının yüksək olmasından narazılığa gəlincə, məsələyə münasibət bildirən T.Xəlilov bankların faizlərə fərdi qaydada baxa bildiyini deyib: “Bankların ayırdıqları kreditlərin maya dəyəri var. Çünki onlar da maliyyə resusrlarını vətəndaşlardan, maliyyə institutlarından, Mərkəzi Bankdan cəlb edirlər. Bu halda, istər-istəməz, bankın xərcləri yaranır. Buna baxmayaraq, biz sahibkarların müraciətlərinə fərdi qaydada yanaşırıq. Əgər şirkətin rəsmi dövriyyəsi varsa, bank burada qeyri-faiz gəlirlərini kompensasiya edə, daha ucuz tariflərlə xidmət göstərə bilir. Bu gün banklar arasında ciddi rəqabət olduğundan, onlar daha çox müştəri cəlb etməkdə maraqlıdırlar. Buna görə də tariflərdə müştəriləri qane etməyə çalışırlar”.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech