logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Avans elektron qaimə-faktura ilə bağlı 3 VACİB MƏQAM

  • Bloq
  • 03-apr-2024, 17:19
  • 176
Avans elektron qaimə-faktura ilə bağlı 3 VACİB MƏQAM

Avans elektron qaimə-faktura ilə bağlı 3 VACİB MƏQAM


Bu ildən Vergi Məcəlləsinin 71-ci maddəsinə yeni əlavələr edilib. İqtisadçı ekspert Anar Bayramov həmin yenilikləri şərh edir.

Bəs hansı halda vergi ödəyiciləri yeni elektron qaimə-faktura təqdim etməlidirlər?

Təcrübədə rast gəlinən problemlərdən biri də avans ödənişləri zamanı elektron qaimə-fakturanın tələb edilməsidir. Vergi ödəyicisi qarşı tərəfdən ona avans ödənilməsini tələb etdikdə, qarşı tərəf həmin bəndin müqavilədə olmasını mütləq tələb kimi qoyurdu. Bəzi vergi ödəyiciləri qarşı tərəfə bütün növ, o cümlədən avans ödənişlərinin yalnız elektron qaimə-faktura üzrə həyata keçirə biləcəklərini bildirirdi.

Vergi orqanı tərəflər arasında avans ödənişi zamanı bu cür problemlərin yaranmaması, həmçinin avans ödənişlərinə nəzarət baxımdan 1 yanvar 2024-cü il tarixdən yeni elektron qaimə-fakturanın tətbiq edilməsinə qərar verib.

Vergi Məcəlləsinə əlavə edilən 71-1.5.12-ci maddəyə əsasən, yeni elektron qaimə-faktura “Alınmış avans ödənişləri barədə” adlanır. Avans ödənişləri zamanı göndərilən elektron qaimə-faktura ilə bağlı bəzi vacib məqamları qeyd etmək istərdik.

Birinci məqam. Avans ödənişləri üzrə elektron qaimə-fakturanın göndərilmə vaxtı avansın alındığı gündür.

Misal 1: Vergi ödəyicisi qarşı tərəfdən 20 aprel 2024-cü il tarixdə avans ödəmək tələb edirsə, o zaman həmin tarixdə “Alınmış avans ödənişləri barədə” adlı elektron qaimə-fakturanı göndərməlidir.

İkinci məqam: “Alınmış avans ödənişləri barədə” elektron qaimə-fakturanın gec təqdim edilməsinə görə Vergi Məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmayıb.

Misal 2: Vergi ödəyicisi qarşı tərəfə avans ödənişləri üzrə elektron qaimə-fakturanı 10 yanvar 2024-cü il üzrə təqdim etsə də bu ödəniş 9 yanvar 2024-cü il tarixdə qəbul olunub. Bu zaman vergi orqanı tərəfindən avans ödənişləri üzrə elektron qaimə-fakturanın gec təqdim edilməsi üzrə hər hansı maliyyə sanksiyası tətbiq edilməyəcək.

Üçüncü məqam:
Avans üzrə qaimə-fakturanın yalnız ƏDV ödəyiciləri tərəfindən təqdim olunması nəzərdə tutulmur. Bəzi həmkarlar hesab edirlər ki, avans ödənişləri üzrə ƏDV öhdəliyi yarandığı üçün yalnız ƏDV ödəyiciləri həmin sənəddən istifadə etməlidir. Amma istənilən mükəlləfiyyətə malik olanlar, o cümlədən sadələşdirilmiş və ya ƏDV ödəyicisi olmayan mənfəət (gəlir) vergisi ödəyiciləri də avans ödənişləri üzrə elektron qaimə-fakturadan istifadə etməlidir.

Dördüncü məqam:
Avans ödənişləri üzrə elektron qaimə-faktura təqdim edilməsi malların təqdim olunması anlamına gəlmir.

Misal 3: Vergi ödəyicisi 2024-cü ilin aprel ayında təqdim edəcəyi 30.000 manatlıq mallar üzrə həmin ilin mart ayında 40 faizi həcmində, yəni 12.000 manat məbləğində elektron qaimə-faktura təqdim edib. Bu zaman vergi ödəyicisi aprel ayında malları təqdim edəndə 18.000 manat (30.000 manat (təqdim ediləcək malların dəyəri) – 12.000 manat (avans məbləği)) yox, təqdim edilən malların dəyəri – 30.000 manat məbləğində "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə" elektron qaimə-faktura təqdim edəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq
  • ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    13-mar-2026 | Bloq
  • Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    12-mar-2026 | Bloq
  • Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    12-mar-2026 | Bloq
  • Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    12-mar-2026 | Bloq
  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech