logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hədiyyə və bonus kimi verilən mallar necə rəsmiləşdirilir?

  • Bloq
  • 05-apr-2024, 10:56
  • 204
Hədiyyə və bonus kimi verilən mallar necə rəsmiləşdirilir?


Hədiyyə və bonus kimi verilən mallar necə rəsmiləşdirilir?


Bir çox vergi ödəyiciləri kommersiya fəaliyyəti zamanı fiziki şəxlərə, öz işçilərinə, partnyorluq etdiyi şirkətlərə malları bonus və ya hədiyyə şəklində təqdim edirlər. Bəs belə hallarda rəsmiləşdirilmələr nəcə aparılmalıdır? Həmin mallara görə elektron qaimə-faktura verilməlidirmi? Bununla bağlı suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir:

Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Maddədən görünür ki, mallar təqdim edən istənilən vergi ödəyicisi qarşı tərəfə elektron qaimə-faktura təqdim etməlidir. Bəs malların hədiyyə verilməsi malların təqdim edilməsi sayılırmı?

Bunun üçün yenə də Vergi Məcəlləsinin 13.2.10.-cu maddəsinə nəzərə yetirməliyik. Məcəllənin 13.2.10-cu maddəsində göstərilib ki, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin, girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir.

Qeyd olunan maddədən də görünür ki, hədiyyələrin verilməsi malların təqdim edilməsi sayılır. Odur ki, vergi ödəyiciləri tərəfindən hədiyyələr verilən zaman qarşı tərəfə elektron qaimə-fakturalar verilməlidir. Hər bir hədiyyə kimi verilən malın faktiki maya dəyəri vardır ki, həmin dəyər ilə də elektron qaimə-faktura yazılmalıdır. Aşağıdakı maddələr bunu təsdiq edir:

Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Məcəllənin 161.3-cü maddəsində isə qeyd olunub ki, bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur.

Göründüyü kimi, hədiyyələrin verilməsi əvəzsiz mallar kimi təqdim edilməsi sayılır ki, onlar hədiyyə kimi veriləndə faktiki maya dəyəri ilə yazılmalıdır.

Bəs hədiyyələrin verilməsi hədiyyə təqdim edən şəxs üçün gəlir sayılırmı?

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində göstərilib ki, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Məcəllənin tələbinə görə, hədiyyələr əvəzsiz olaraq satılmasına baxmayaraq, təqdim edilmə sayıldığından gəlir kimi tanınacaqdır. Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə görə, hədiyyələrin verilməsi ƏDVməqsədləri üçün dövriyyə sayılır.

Bəs hədiyyələr onu alan şəxsdə uçotda necə nəzərə alınır?

Hədiyyəni alan şəxs üçün həmin hədiyyə vergi və mühasibat uçotunda ehtiyatlar kimi mədaxil edilir və eyni zamanda satışdankənar kimi uçota alınır.

Beləliklə, hədiyyələri təqdim edən şəxs hədiyyələrin dəyərini ƏDV bəyannamələrində qeyd edəcək. Həmçinin, mənfəət vergisi bəyannaməsində gəlir kimi yazılacaq, eyni zamanda xərc bölməsində malların maya dəyəri hissəsində əks olunacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech