logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi orqanında uçotda olan fiziki şəxslə bağlanan xidməti müqavilə zamanı yaranan vergi öhdəlikləri

  • Bloq
  • 19-apr-2024, 09:54
  • 126
Vergi orqanında uçotda olan fiziki şəxslə bağlanan xidməti müqavilə zamanı yaranan vergi öhdəlikləri

Vergi orqanında uçotda olan fiziki şəxslə bağlanan xidməti müqavilə zamanı yaranan vergi öhdəlikləri


Bəzi hallarda müəssisələr işçilərlə əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilə (xidməti muqavilə) bağlayır. Bu, hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişci və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Bu mövzuda olan əvvəlki məqaləmizdə vergi orqanında uçotda olmayan fiziki şəxslə bağlanan xidməti müqaviləyə görə vergi öhdəlikləri barədə açıqlama verilib.

Bu yazıda isə əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov vergi orqanında uçotda olan fiziki şəxslə bağlanan xidməti müqavilə zamanı yaranan vergi öhdəliklərini izah edir.

Xidməti muqavilə 18 yaşına çatmış fiziki şəxslərlə imzalana bilər. 2019-cu ilin yanvarın 1-dək xidməti müqavilə ilə çalışan şəxslər sadələşdirilmiş vergi ödəyiciləri ola bildikləri üçün sırf maddi baxımdan düşünəndə işçiyə xidməti müqavilə ilə işləmək sərf edirdi. Lakin 01.01.2019-cu il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə mindikdən sonra sadələşdirilmiş vergi ödəyicilərinin sahəsi məhdudlaşdırıldığından xidməti müqavilə ilə çalışanlar artıq gəlir vergisi ödəyicisi olmalıdırlar. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Bu dəyişikliyin məqsədi insanları əmək müqaviləsi ilə çalışmağa stimullaşdırmaq idi.

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən fiziki şəxs tətbiq etdikləri vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri özü mustəqil olaraq hesablayıb bəyan etməklə dövlət büdcəsinə ödəyir.

VÖEN-i olan şəxslə xidməti müqavilə ilə xidmət göstərilərkən həmin xidmətlərə görə edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur.

Gəliri əldə edən şəxs özü vergi orqanına bəyannamə təqdim edərək vergini dövlət büdcəsinə ödəməlidir.

VÖEN-i olan və mülki-hüquqi müqavilə ilə hüquqi şəxsə xidmət göstərən şəxsin 01.01.2019-cu ildən sadələşdirilmiş verginin ödəyiciləri kimi xidmət göstərmək hüququ yoxdur. Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Dəyişikliyə görə, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi ona güzəşt edilir. Bu bəndlə bağlı 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azad edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Deməli, mikro sahibkarlıq subyekti olan xidməti müqavilə ilə işləyən şəxsin vergi öhdəliyi aşağıdakı kimi olacaq (orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmamaq şərtilə):

Vergi öhdəliyi = (Gəlirlər-xərclər) x 20% x 25%

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə güzəşt tətbiq edilməməklə vergiyə cəlb edilir.

Misal: Fərz edək ki, Bakı şəhərində xidməti müqavilə ilə çalışan şəxs aylıq 2900 manat xidmət haqqı alır. Bu zaman vergi öhdəliyi aşağıdakı şəkildə olacaq:

Bu xidmət haqqını əməkhaqqı qismində aldığı üçün xərci əksər hallarda olmur. Ona görə də gəlir vergisi bu cür hesablanacaq:

2900 x 20% = 580 manat.

Mikro sahibkarlıq subyekti olduğu üçün (orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmamaq şərtilə) gəlir vergisinin 75 faizi güzəşt olunacaq. Nəticədə 145 manat gəlir vergisi ödəniləcəkdir.

580 x 25% = 145 manat.

“Sosial Sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizində (2020-ci il yanvarın 1-dən qüvvəyə minib), Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir.

Yəni, 345 manat x 25% = 86.25 manat.

Deməli, həmin şəxsin ümumilikdə 231.25 manat sosial sığorta haqqı və gəlir vergisi öhdəliyi yaranacaq:

145 + 86.25 = 231.25 manat.

Nümunələrdən də göründüyü kimi, VÖE-i olan və olmayan şəxslərin vergi öhdəliklərində kəskin fərq vardır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öz fəaliyyət sahələri üzrə məcburi dövlət sosial sığorta haqqını hər ay üçün hesablanmalı, sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyati fonda ödənilməlidir.

Hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Dividend anlayışı və vergidən azadolma halları
    Dividend anlayışı və vergidən azadolma halları
    11-iyl-2025 | Bloq
  • Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    11-iyl-2025 | Bloq
  • İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    10-iyl-2025 | Bloq
  • Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    10-iyl-2025 | Bloq
  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]