İşçinin evdən işləməsi halı əmək müqaviləsində necə əks olunmalıdır?

Maraqlıdır, Əmək Məcəlləsi işçinin ofisə gəlmədən evdən əmək funksiyasını həyata keçirməsinə imkan verir?
Mİsal. İşəgötürən qərar verir ki, işçi iş vaxtının müəyyən hissəsini evdən işləsin. Bu zaman əmək müqaviləsində proses necə əks etdirilməlidir? Qeyd edək ki, Əmək Məcəlləsinin 4-cü hissəsinin ikinci bəndinə əsasən, Əmək Məcəlləsi işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir. Distant iş zamanı əmək şəraitinin şərtləri işəgötürən və işçi arasında müəyyənləşdirilməlidir. Həmin şərtlərdə qeyd edilə bilər ki, işçi hansı müddətdə işəgötürənin müraciətinə cavab verməlidir. Bundan əlavə, distant iş yerində (evində) əmək mühafizəsi ilə bağlı texniki təhlükəsizlik məsələləri və digər şərtlər mütləq əmək müqaviləsində qeyd edilməlidir.
Qeyd edək ki, yaxın zamanlarda distant işlə bağlı anlayışların Əmək Məcəlləsinə daxil edilməsi gözlənilir.