logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır

  • Bloq
  • 15-may-2024, 09:59
  • 176
Vergi mütəxəssislərinin təqdimatında: Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır

Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır



"Uyğunsuzluqların kameral vergi yoxlaması vasitəsilə üzə çıxarılmasının mühasiblərin xeyrinədir"

“Kameral vergi yoxlamasından düzgün qaydada, ağılla istifadə edən mühasib ondan yararlana bilər. Çünki bu yoxlama vergi ödəyicisinin, mühasibin gələcəkdə səyyar vergi yoxlaması risklərini minimallaşdırır”. Bunu Auditorlar Palatasının üzvü, Vergi mütəxəssisi Anar Bayramov “İllik Mühasiblər Forumu -2024” platformasındakı çıxışında bildirib.

Biznes subyektlərinin tez-tez rastlaşdığı vergi yoxlamalarına səbəb olan hallar və bununla bağlı çıxış yollarını aydınlaşdıran A.Bayramov qeyd edib ki, kameral vergi yoxlaması mühasiblərin çoxunun ən aktual, hər gün rastlaşdığı yoxlamalardan biridir: “Bu zaman vergi ödəyicisinin göndərdiyi məlumatlar, hesabatlar və digər mənbələrdəki informasiyalar çarpaz yoxlanılır. Əgər hansısa bir uyğunsuzluq aşkarlanarsa, vergi ödəyicisinə məktub göndərilir və yanlışlığın aradan qaldırılması istənilir. Proses AVİS proqramı vasitəsilə həyata keçirilir və təqdim olunan bəyannamələrdəki çarpaz yoxlamalar nəticəsində uyğunsuzluqlar aşkar edilir. Məsələn, əmlak vergisi və mənfəət vergisi bəyannamələri arasında çarpaz yoxlama nəticəsində üzə çıxıb ki, vergi ödəyicisi mənfəət vergisi bəyannaməsində sahibkar barədə məlumatları göstərib, amma əmlak vergisi bəyannaməsini təqdim etməyib və ya məlumatlar yanlış verilib. Vergi orqanı bu məlumatları analiz edərək əsas vəsaitlərlə bağlı olan dövrün əvvəlinə və sonuna qalıq olduğunu, lakin əmlak vergisi bəyannaməsinin təqdim edilmədiyini göstərir. Bu zaman mənfəət vergisi bəyannaməsində göstərilən xərclərlə də bağlı uyğunsuzluq üzə çıxa bilər”.

Bu cür uyğunsuzluqların kameral vergi yoxlaması vasitəsilə üzə çıxarılmasının mühasiblərin xeyrinə olduğunu deyən mütəxəssis bununla onların səyyar vergi yoxlaması risklərindən sığortalandıqlarını vurğulayıb. O, hətta mühasiblərin AVİS-in imkanlarından istifadə edərək boş hesabat göndərdikləri halda bir çox uçot məlumatlarını əldə edərək rahat şəkildə bəyannamələrini yenidən göndərə biləcəklərini diqqətə çatdırıb və bəzi tövsiyələrini də səsləndirib: “Qanunvericiliyə əsasən, hüquqi şəxslərdən icarəyə götürülmüş əmlaklara görə ödəmə mənbəyindən vergi tutulmur və bununla bağlı hesabat tələb edilmir. Amma ilin sonunda mənfəət vergisi bəyannaməsi təqdim edən zaman icarə haqlarının məbləğini hüquqi şəxslər üzrə qeyd edəndə avtomatik uyğunsuzluq üzə çıxır. Bu halda qanunvericiliyə əsaslanaraq məktublarla izahlar vermək olur. Ancaq ay ərzində 4-5 dəfə məktub, hesabat təqdim etməkdənsə, bir dəfə ödəmə mənbəyində vergi bəyannaməsini tərtib edib orada hüquqi şəxslərdən gələn icarə haqlarını qeyd edib göndərmək daha rahatdır”.

A.Bayramov AVİS vasitəsilə üzə çıxarılanlar sırasında əməkhaqqı xərcləri, qeyri-rezidentlər üzrə əlavə dəyər vergisi və ödəmə mənbəyinə vergi ilə bağlı uyğunsuzluqları da qeyd edib və bunlarla bağlı izahlar verib.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech