logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İdxal olunan malların maya dəyəri üçün hansı məbləğ əsas götürülməlidir?

  • Bloq
  • 16-may-2024, 10:23
  • 225
İdxal olunan malların maya dəyəri üçün hansı məbləğ əsas götürülməlidir?

İdxal olunan malların maya dəyəri üçün hansı məbləğ əsas götürülməlidir?


İdxal zamanı idxalçı tərəfindən mallar gömrük orqanında bəyan edilməli, gömrük rüsumu, əlavə dəyər vergisi (ƏDV), aksizli mallar üçün aksiz vergisi və idxalla bağlı digər xidmət haqları ödənməlidir.

Bu qaydaları və rüsumların hesablanma üsullarını maliyyə işləri üzrə kiçik mütəxəssis Məsturə Kərimova şərh edir:

ƏDV ödəyiciləri idxalda ödədikləri ƏDV məbləğini əvəzləşdirmək hüququna malikdirlər. Ancaq ƏDV ödəyicisi olmayan şəxslər bu əməliyyat zamanı ödədikləri ƏDV məbləğini malların maya dəyərinə əlavə etməlidirlər.

İdxal olunan mallara görə ödənməli olan gömrük rüsumu gömrük dəyərinə əsasən hesablanır. Gömrük Məcəlləsinə əsasən, gömrük rüsumlarının hesablanmasının bir neçə üsulu müəyyən edilib. Məsələn, sövdələşmə qiyməti, eynicinsli malların sövdələşmə qiyməti, dəyərin toplanması üsulu, dəyərin çıxılması üsulu və s. Malların invoys dəyəri ilə gömrük dəyəri arasında fərq yarana bilər, ancaq mallar ilkin olaraq uçota alınan zaman invoys dəyəri nəzərə alınmalıdır. Sadalananları nümunə üzərində nəzərdən keçirək.

Misal 1: Tutaq ki, A müəssisəsi 30.04.2024-cü il tarixində invoys dəyəri 48.775 EUR olan 5.000 ədəd mal idxal edir (məzənnə 1EUR= 1.8199 manat). Lakin malların gömrük dəyəri 61.225 EUR təyin edilir. Malların daşınma xərci 1.426 manat, gömrük yığımları üzrə xərc 448 manat və broker üzrə xərc 170 manat təşkil edir. Verilənlərə əsasən gömrük rüsumunu, idxalda ödəniləcək ƏDV-ni və ilkin dəyəri müəyyənləşdirək:

1. Gömrük rüsumu = gömrük dəyəri x15%
61.225 x 1.8199 = 111.423,37 manat
111.423,37 x 15% = 16.713,51 manat.

2. İdxal üçün ƏDV = (gömrük dəyəri+ gömrük rüsumu + gömrük yığımları) x 18%
(128.136,884 + 16.713,51 + 448) x 18% = 23.145,28 manat.

3. İlkin dəyər = İnvoys dəyəri+ gömrük rüsumu+gömrük yığımları üzrə xərc + daşınma xərci.
(48.775 x 1.8199) + 16,713.51 + 448 + 1.426 = 107.353,13 manat.

Qeyd edək ki, 170 manat broker xidməti üzrə xərc malların maya dəyəri hesablanan zaman nəzərə alınmır. Əgər A müəssisəsi sadələşdirilmiş verginin ödəyicisi olarsa, bu zaman maya dəyərinə idxalda ödənilmiş ƏDV də əlavə ediləcək.

İdxalçı alqğı-satqı müqaviləsinə əsasən öhdəliklərini düzgün şəkildə yerinə yetirməzsə və ona cərimə tətbiq edilərsə, həmin cərimə məbləği malın maya dəyərinə əlavə oluna bilərmi? Bu məsələni aşağıdakı misal üzərində aydınlıq gətirək.

Misal 2:
Tutaq ki, B müəssisəsi müqavilə üzrə 10.000 USD dəyərində mal idxal edir. Ancaq ödəniş gecikdirildiyi üçün 2.000 manat cərimə tətbiq edilir. Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna olunmaqıa, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
Deməli, 2.000 manat cərimə məbləği malların idxalı ilə bağlı olsa da maya dəyərinə əlavə olunmayacaq və gəlirdən çıxılan xərclərə aid ediləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech