logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV ödəyicisi olduqdan sonra əvvəlki dövrdə alınmış malların satışı

  • Bloq
  • 20-may-2024, 09:55
  • 145
ƏDV ödəyicisi olduqdan sonra əvvəlki dövrdə alınmış malların satışı

ƏDV ödəyicisi olduqdan sonra əvvəlki dövrdə alınmış malların satışı


Vergi Məcəlləsinin 156-cı maddəsinə əsasən, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər və ya Vergi Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq, 12 aylıq ardıcıl dövriyyəsi 200.000 manatı keçdikdən sonra növbəti ayın birinci günündən məcburi qaydada ƏDV ödəyicisi kimi fəaliyyətini davam etdirəcəkdir.

Sadələşdirilmiş verginin ödəyicisi olan fiziki və hüquqi şəxslər illik dövriyyəsi 200.000 manatdan artıq olduqda ƏDV qeydiyyatına alınmaq üçün Vergi Məcəlləsinin 157-ci maddəsinə əsasən müraciət etməlidirlər. ƏDV ödəyicisi olduğu dövrdən sonra onların alınan mallara görə ödədikləri ƏDV məbləğlərini əvəzləşdirmək hüquqları yaranır. Bəs sadələşdirilmiş vergi ödyicisi kimi fəaliyyət göstərdiyi müddətdə ƏDV ödəyərək idxal etdiyi və ya daxili bazardan aldığı malları ƏDV ödəyicisi olduğu dövrdə 18 faizlik vergiyə cəlb edəcəkmi?
Mövzu ilə bağlı iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir:

Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.

Misal: Tutaq ki, “AA” MMC 2023-cü ildə təsis edilib və sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir. Ümumi dəyəri 100.000 manatlıq (gömrük rüsumu daxil) mal idxal edib. Onun əldə edilməsi üçün 18% məbləğində ƏDV-ni gömrükdə ödəyib. Sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün ƏDV-ni əvəzləşdirə bilməyib. Bu səbəbdən malların maya dəyəri 118.000 manata yüksəlib.

2024-cü ilin mart ayında MMC-nin 12 aylıq dövriyyəsi 200.000 manatı keçdiyi üçün məcburi qaydada gəlir vergisi ödəyicisinə çevrilib, eyni zamanda ƏDV ödəyicisi kimi qeydiyyata alınıb. Keçid anında anbarında ƏDV ödəyicisi olmadığı dövrdə ƏDV daxil 60.000 manatlıq idxal etdiyi mal qalığı olub. Şirkət ƏDV ödəyicisi olduğu vaxtda yeni mallar idxal edib və bu zaman ƏDV-ni əvəzləşdirib.

Burada sual yaranır ki, şirkət ƏDV ödəyicisi kimi fəaliyyət göstərdiyi dövrdə anbarında əvvəldən qalan ƏDV daxil dəyəri 60.000 manat olan malı satan zaman ƏDV-yə cəlb ediləcəkmi? Əgər həmin malların uçotu aparılıbsa, o zaman rahatlıqla anbarında qalan 60.000 manatlıq malı elektron qaimə-fakturada “ƏDV-yə cəlb edilməyən” xanasında göstərərək ƏDV-yə cəlb etməyəcək. Burada əsas şərt həmin malların uçotunun aparılmasıdır. 60.000 manatlıq mallar tam satılıb bitənə qədər həmin malı 18%-lik ƏDV-yə cəlb etməyəcək və ƏDV bəyannaməsində həmin məbləği Əlavə 3 bölməsinin ƏDV cəlb olunmayan sətrində müvafiq qeydini apararaq bəyan edəcəkdir.

Əgər malların uçotu aparılmayıbsa, o zaman Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması zamanı həmin malı ƏDV-yə cəlb etməklə bağlı qərar verilə bilər. Üstəlik, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 50 faiz miqdarında maliyyə sanksiyasına da cəlb oluna bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech