logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ezamiyyə zamanı nəqliyyat xərcləri necə tənzimlənir?

  • Bloq
  • 21-may-2024, 09:41
  • 233
Ezamiyyə zamanı nəqliyyat xərcləri necə tənzimlənir?

Ezamiyyə zamanı nəqliyyat xərcləri necə tənzimlənir?


Ezamiyyə zamanı işçinin yarana biləcək nəqliyyat xərcini 3 cür təsnifləşdirmək olar:

- Gündəlik xərclərə aid edilən nəqliyyat xərcləri;
Bu cür xərclərə şəhərdaxili nəqliyyat xərcləri aid edilir. Misal üçün, Gəncə şəhərinə ezamiyyə olunan işçi ictimai nəqliyyatdan istifadə edərək ezam olunduğu müəssisədən Bakı şəhərinə qayıtmaq üçün dəmiryolu vağzalına gedib. Həmin xərci təsdiq edən hər hansı əlavə sənəd tələb edilmir. Qeyd edək ki, işçi həmin məsafəni taksi ilə qət edərsə, buna görə işçiyə hər hansı əlavə ödəniş edilmir.

- Ezamiyyə olunan əraziyə getmək üçün nəqliyyat xərci;
Qaydalara əsasən nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.

Misal. İşçi Gəncə şəhərinə getmək üçün şəhərlərarası sürət qatarından istifadə edir. Bu zaman şəhərlərarası sürət qatarına ödənilən məbləğ ezamiyyə normasına aid edilmir. Təsdiqedici sənədlərə uyğun olaraq nəqliyyat xərci kimi ödənilir.
Bundan əlavə, işçinin yaşayış məntəqəsindən vağzala getmək üçün ödədiyi, həmçinin nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də nəqliyayt xərclərinə aid edilir. Misal üçün, Gəncə şəhərinə ezam olunan işçi həmin ünvandan Şəkiyə səfər edirsə, o zaman ictimai nəqliyyata ödədiyi məbləğ gündəlik ezamiyyə normasına yox, nəqliyyat xərcinə aid edilir.
Mümkündür ki, büdcədən maliyyələşdirilən dövlət orqanlarında işçinin ezamiyyətə getməsi xidməti minik avtomobili ilə həyata keçirilir. Bu zaman nəqliyyat xərci minik avtomobilinin yanacaq sərfiyyatına görə ödənilir.

Misal. İşçi Bakı şəhərindən Mingəçevir şəhərinə ezam olunub. Bakıdan Mingəçevirə olan məsafənin təxminən 280 kilometr olmasını nəzərə alsaq, nəqliyyat vasitəsinin qət etdiyi kilometrə görə nəqliyyat xərci ödəniləcək. Bu xərc minik avtomobilinin texniki pasportuna görə hər kilometrə görə sərf edilən yanacaq sərfinə görə hesablanacaq. A-92 benzinindən istifadə edən minik avtomobilinin hər 100 kilometrə görə sərfiyyatının 10 litr olmasını nəzərə alsaq, nəqliyyat xərci aşağıdakı kimi hesablanacaq:
560 kilometr (280 kilometr x 2) x 0.10 litr (hər 100 kilometrə 10 litr) x 1 manat (A-92 benzinin qiyməti) = 56 manat

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech