logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı halda işçinin özü yox, ailə üzvü xəstələndiyi zaman müavinət ödənilməlidir?

  • Bloq
  • 23-may-2024, 09:34
  • 153
Hansı halda işçinin özü yox, ailə üzvü xəstələndiyi zaman müavinət ödənilməlidir? (4 YANAŞMA)

Hansı halda işçinin özü yox, ailə üzvü xəstələndiyi zaman  müavinət ödənilməlidir?


Əsasnamənin 16-cı maddəsinə əsasən, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət bu şərtlə verilir ki, xəstəyə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya yerləşdirmək imkanı olmasın.
Həm Əsasnamədə, həm Əmək Məcəlləsində “ailə üzvü” anlayışından istifadə edilsə də, onun açıqlanması verilməyib. Mümkündür ki, xəstələnən şəxs işçinin valideyni, övladı, qardaş və bacısı olsun. Maddənin tələblərindən göründüyü kimi, xəstələnən ailə üzvü ilə bağlı müəyyən şərtlərin olması vacibdir.

Birinci şərt odur ki, xəstələnən ailə üzvünə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya yerləşdirmək imkanı olmasın.

Mİsal 1. İşçinin 18 yaşlı övladı qrip olub. Bu halda Əsasnamənin 16-cı madddəsinə uyğun müavinət hesablanması nəzərdə tutlmayıb. Çünki qrip xəstəliyi onun sağlamlığı üçün qorxu yaratmır.

Mİsal 2. İşçinin atası avtoqəza zamanı zədə aldığı üçün xəstəxanaya yerləşdirilib. Bu zaman da işçiyə müavinət hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb. Çünki müavinət o zaman hesablanır ki, tibbi göstərişə uyğun olaraq ailə üzvünü xəstəxanaya yerləşdirmək imkanı olmasın.
Qeyd edək ki, 14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilərkən 7 təqvim günündən artıq olmayan müddətdə müavinət verilir. Xəstəyə qulluq edilərkən 7 təqvim günündən artıq vaxt üçün ailə üzvünün ağır xəstə olmasından və məişət şəraitindən asılı olaraq müstəsna hallarda müavinət verilməsinə icazə verilir. Bu halda müavinət ümumilikdə 10 təqvim günündən artıq verilməməlidir.
Göründüyü kimi, 14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilməsinin tavan müddəti müəyyən edilib: 10 təqvim günü. Yəni, işçinin 14 yaşından yuxarı ailə üzvünün xəstəliyi qulluq müddəti ilə yox, maksimum müddətlə tənzimlənir.

İkinci fərqli yanaşma isə 14 yaşa çatadanək xəstələnmiş uşağa qulluqla bağlıdır. Əsasnamənin 16-cı maddəsinə əsasən, 14 yaşa çatanadək xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət istər ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək verilir. Xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət anaya (ataya) və ya uşağa qulluq edən digər şəxsə verilir.
Mİsal. İşçinin 6 yaşlı övladı qızılca xəstəliyinə yoluxduğu üçün evdə müalicə alır. Bu zamana işəgötürən tərəfindən müavinət uşağın qulluğa ehtiyacı olan müddətədək verilməlidir.

Üçüncü fərqli yanaşma isə insanın immunçatışmazlığı virusu ilə yoluxmuş (İİV) və ya QİÇS xəstəliyinə tutulmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın müalicəsində valideynlərdən birinə, yaxud digər qulluq edən şəxsə uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün verilməsi ilə bağlıdır. Bu cür xəstəliklərlə bağlı müddət müəyyən edilməyib, ona görə də uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün verilməlidir.
Dördüncü yanaşma isə, uşağa qulluq müavinətinin anaya yox, digər şəxsə verilməsi ilə bağlıdır. Əsasnaməyə əsasən, işləməyən ana xəstələndiyi hallarda uşağa qulluq edə bilmədikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 3 yaşadək uşaqlara və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara qulluq edən şəxslərə verilir.

Qeyd edək ki, ailə üzvünə qulluqla bağlı müavinət hesablanması zamanı işçinin xəstəlik vərəqəsi təqdim etməsi mütləqdir. Bu zaman xəstəlik vərəqəsinə qulluq edilməsi ilə bağlı qeyd aparılmalıdır.
Maraqlı məqamlardan biri də işçinin məzuniyyətdə olduğu zaman ailə üzvünün xəstələnməsi halıdır. Əsasnaməyə əsasən, növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.

Mİsal. İşçi 30 günlük əsas məzuniyyətdən istifadə edib. Məzuniyyət dövründə işçinin ailə üzvü xəstələnərsə, ona qulluq üçün müavinət verilməsi nəzərdə tutulmayıb. Qanunvericiliyə əsasən, əmək məzuniyyətində olan işçi özü xəstələndiyi halda müavinət hesablanması nəzərdə tutulsa da, bu hal ailə üzvünə qulluğa şamil edilmir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    10-iyl-2025 | Bloq
  • Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    10-iyl-2025 | Bloq
  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq
  • Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    07-iyl-2025 | Bloq
  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]