logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Təhsil müəssisələrinin mənfəət vergisindən azadolma halları

  • Bloq
  • 07-iyn-2024, 09:52
  • 39
Təhsil müəssisələrinin mənfəət vergisindən azadolma halları

Təhsil müəssisələrinin mənfəət vergisindən azadolma halları


Qanunvericilikdə hüquqi və fiziki şəxsləri vergidən azad edən bir sıra müddəalar yer alıb. Vergi Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, 30-dan çox halda vergi ödəyiciləri bu hüquqlardan istifadə edə bilərlər. Onlardan biri də xüsusi təhsil müəssisələrinin gəlirlərinə tətbiq edilən azadolmadır.Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 106.1.7-ci maddəsində göstərilib ki, təhsil müəssisələrinin, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti, mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, vergidən azaddır.

Misal 1: Əlilliyi olan şəxslər üçün yaradılmış xüsusi təhsil müəssisəsinin 2024-cü il ərzində 5.000 manat mənfəəti olub. Həmin mənfəətin 1.000 manatı dividendin ödənilməsinə yönəldilib. Bu halda 5.000 manat mənfəətin 4.000 manatı vergidən azaddır:

5000 – 4000 = 1000 manat.

Dividendə yönəldilən 1.000 manatdan isə 200 manat mənfəət vergisi hesablanacaq:

1000 x 20% = 200 manat.

Misal 2: Tutaq ki, məktəbəqədər təhsil müəssisəsinin 2024-cu ildə il ərzində 7.000 manat mənfəəti olub. Müəssisə həmin mənfəətin təhsilin inkişafı üçün istifadə edilməsinə qərar verib. Bu halda 7.000 manat mənfəət vergidən azad olacaq, mənfəət vergisinə cəlb edilməyəcək.

Onu da qeyd edək ki, vergidən azad olan nüanslar müəssisəni gəlir və ya mənfəət vergisi bəyannaməsini təqdim etməkdən azad etmir. Belə ki, müəssisələr bəyannamələrində gəlir və xərclərinin hərəkətini göstərməklə sonda bəyannamənin “Əlavə” hissəsində azadolmalar sətrinin müvafiq xanasında vergidən azad olunan halı qeyd etməklə bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech