logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əvəzgün (day-off) verilən zaman ən çox edilən səhv hansıdır?

  • Bloq
  • 11-iyn-2024, 10:04
  • 46
Əvəzgün (day-off) verilən zaman ən çox edilən səhv hansıdır?

Əvəzgün (day-off) verilən zaman ən çox edilən səhv hansıdır?


Əmək Məcəlləsinin 164-cü maddəsinin ikinci hissəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Mİsal. İşəgötürən 6 fevral tarixdə (həftəninin bazar günü) işçini işə cəlb edir və əmr verir ki, istirahət günü işə cəlb edilən işçi həftənin çərbənşə axşamı - 8 fevral tarixdə işə çıxmasın. Bu zaman işəgötürən işçiyə hər hansı əlavə ödəniş hesablamır, əsas kimi işə cəlb olunduğu istirahət günü əvəzinə ona bir iş günü istirahət verməsini göstərir. Təəssüf ki, təcrübədə əksər işəgötürənlər tərəfindən tətbiq edilən bu cür yanaşma səhvdir. İşəgötürən çərşənbə axşamı işçiyə istirahət günü verməklə, onun aylıq iş normasını bərabərləşdirir. Fevral ayında 20 iş günü olduğu üçün 160 saat (20 iş günü x 8 saat) iş norması mövcuddur. İşəgötürən işçini bazar günü 8 saat işə cəlb edir və istirahət günü ikiqat hesablanmalı olduğu üçün işçiyə ödəniləcək iş saatı 176 saat (160 saat (aylıq iş norması) + 8 saat (Bazar günü cəlb etdiyi iş saatlarının sayı) x 2 (İstirahət günü işə çıxmasına görə ikiqat hesablama)) təşkil edir. İşəgötürən çərşənbə axşamı (iş günü) işçiyə 8 saat istirahət verməklə aylıq iş normasının 168 saat (176 saat (İstirahət günü nəzərə alınmaqla aylıq iş saatlarının cəmi) – 8 saat (Çərşənbə axşamı günü işçinin normal iş saatı) olmasını təmin edir.
Bu səbəbdən də, əvəzgün verilməsinə baxmayaraq, işçinin 8 saatlıq əmək haqqının hesablanması da həyata keçirilməlidir. Əgər əvəzgün verilməsəydi, o zaman işçiyə 16 saat (ikiqat) hesablama tətbiq olunmalı idi, əvəzgün verildiyi üçün 8 saata əmək haqqı hesablanması həyata keçirilməlidir. Əmək Məcəlləsinin 164-cü maddəsinin birinci hissəsinə əsasən, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilməlidir.

Əvəzgün verilməsi halını daha bir misalla izah edək.
Mİsal. 20 iş günü olan işçinin əmək haqqı fevral ayında 1 000 manatdır, işçi ay ərzində istirahət günü işə cəlb edilib. İşəgötürən işçiyə istirahət günü işlədiyinə görə həftəiçi iş günlərinin birində istirahət verib. Yekunda işçi ayda 20 gün işləsə də, sadəcə bir dəfə istirahət günü işə cəlb olunub. Bu zaman işçinin aylıq əmək haqqı 1 050 manat (1000 manat (Aylıq əmək haqqı) + 50 manat (1000 manat /20 iş günü)) təşkil edəcək. Əgər işəgötürən işçiyə istirahət günündə işə cəlbetməyə görə əvəzgün verməzsə, o halda işçinin əmək haqqı 1 100 manat ((1000 manat (Aylıq əmək haqqı) + 50 manat (1000 manat /20 iş günü) x 2 (İstirahət günü işə cəlb edilməyə görə müəyyənləşdirilən əmsal)) təşkil edəcək.
Bəzən isə işəgötürən istirahət günü işə cəlb etdiyi işçiyə əvəzgün kimi bir yox, iki gün verməklə, ona əlavə əmək haqqı hesablanmasını həyata keçirmək istəmir.

Misal İşəgötürən işçini 18 fevral (bazar günü) işə cəlb edib. İşəgötürən qərar verir ki, işçi 20 və 21 fevral 2024-cü il tarixlərində işə gəlməsin və nəticədə aylıq iş norması üzrə eyniləşdirmə alınsın. İşəgötürənin bu cür qərar verməsi əmək qanunvericiliyinin tələblərinə zidddir. Çünki Əmək Məcəlləsi işçinin işlədiyi vaxta görə əmək haqqının hesablanmasını mütləq şərt kimi müəyyən edib. Əvəzgün belə işçiyə ikiqat əmək haqqı hesablanmasının kompensasiyası (əvəzi) kimi verilə bilər. İşçi bazar günü işə çıxıbsa, o zaman işlədiyi iş vaxtına görə mütləq əmək haqqı almalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq
  • Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    07-iyl-2025 | Bloq
  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]