PMS Sertifikatı (II mərhələ) üzrə imtahanlarda 10 ballıq tapşırıqlar zamanı əsas vəsaitlərin təmir xərci
- Tarix
- Oxunma 45
PMS Sertifikatı (II mərhələ) üzrə imtahanlarda 10 ballıq tapşırıqlar zamanı əsas vəsaitlərin təmir xərci

Təmir xərcləri ilə bağlı əsas məqam odur ki, Vergi Məcəlləsinin 115.2-ci maddəsinə uyğun olaraq məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.
Misal. Vergi ödəyicisinin yüksək texnologiyalar məhsulu olan hesablama texnikasının 2022-ci ilin sonuna qalıq dəyəri 8 000 manatdır. 2023-cü il ərzində həmin əsas vəsaitə 500 manatlıq xərc çəkilb. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, həmin əsas vəsaitin təmirinə çəkilən təmin xərcin maksimum həddi 400 manat (8 000 manat x 5 faiz) təşkil edir. 2023-cü ildə təmir xərci 500 manat olduğu üçün 100 manatlıq (500 manat (təmir xərci üzrə norma) – 400 manat (faktiki təmir xərci)) fərq əsas vəsaitin qalıq dəyərini artırır.
İkinci məqam odur ki, təmir xərcinin faktiki xərci Vergi Məcəlləsi ilə müəyyənləşdirilən təmir xərcindən az olsun.
Misal. 2022-ci ilin sonuna qaliq dəyəri 30 000 manat olan avandanlıq üçün cəmi 500 manat məbləğində təmir xərci çəkilib. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, təmir xərcinin maksimum məbləği 1 500 manat (30 000 manat x 5 faiz) olmalıdır. Bu zaman vergi ödəyicisi həmin 500 manatı 2023-cü ildə gəlirdən çıxacaq. 1000 manatlıq (1 500 manat (norma üzrə təmir xərci) – 500 manat (faktiki təmir xərci)) təmir xərcini isə avandanlıq üçün 2024-cü ildə nəzərdə tutulan xərcin üzərinə əlavə edə bilər.
Təmir xərcləri ilə bağlı son məqam ondan ibarətdir ki, 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinin 115.1-ci maddəsində edilən dəyişiklik nəticəsində yük avtomobilləri üzrə fərqli yanaşma tətbiq olunur. Dəyişikliyədək yük avtomobilləri üçün ilin sonuna qalıq dəyərinin 5 faizi qədər təmir xərci hesablanılırdı. Yeni dəyişiklikdən sonra Vergi Məcəlləsinin 115.1-ci maddəsinə yük avtomobillərinin ilin sonuna qalıq dəyərinin 8 faizi üzrə təmir xərcinin hesablanması qeyd olunub.
Misal. Vergi ödəyicisinə məxsus yük avtomobilinin 2024-cü ilin sonuna qalıq dəyəri 20 000 manatdır. Yeni dəyişikliyə görə, yük avtomobilinə görə gəlirdən çıxılan təmir xərcinin maksimum məbləği 1 000 manat (20 000 manat x 5 faiz) yox, 1 600 manat (20 000 manat x 8 faiz) olacaq.

en
ru
tr