logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi Məcəlləsinə edilən SON dəyişikliklər üzrə güzəştlər

  • Bloq
  • 14-iyn-2024, 09:54
  • 34
Vergi Məcəlləsinə edilən SON dəyişikliklər üzrə güzəştlər

Vergi Məcəlləsinə edilən SON dəyişikliklər üzrə güzəştlər


Bu il Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə yaxın nümayəndənin Azərbaycana səfəri gözlənilir. Beynəlxalq konfransın keçirilməsi ilə bağlı qeyri-rezident şəxslərin yarana biləcək vergi öhdəlikləri üzrə bəzi güzəştlərin tətbiq edilməsi həyata keçiriləcək. Bu cür güzəştlərin tətbiqi məqsədilə dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun təsdiq olunub. Yeniliyi vergi ekspertləri şərh edir:

COP29-la bağlı Vergi Məcəlləsinə əlavə edilmiş maddələr üzrə güzəştlər müddətli xarakter daşıyır. İzahlı formada qeyd etdiyimiz maddələr üzrə güzəştlərin 2024-cü il martın 1-dən 9 ay müddətinə qüvvədə olması təsbit edilib.

Maddə 102.1.33-1. Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə;

İzah: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədi əsasında malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət üzrə əldə etdiyi gəlirlər gəlir vergisindən azad ediləcək. Məsələn, qeyri-rezident fiziki şəxs COP29 üçün tərcümə və ya informasiya texnologiyaları sahəsində xidmət göstərərsə, bu halda Vergi Məcəlləsinin 102.1.33-1-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin şəxsə bu fəaliyyət üzrə əldə etdiyi gəlirə görə güzəşt tətbiq ediləcək.

Maddə 106.1.28-1. “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanla (qurumla) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2024-cü il martın 1-dən 9 ay müddətinə;

İzah: Qeyri-rezident hüquqi şəxslərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə ödənilən royalti gəlirləri mənfəət vergisindən azad ediləcək.

Maddə 106.1.28-2. Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə;

İzah: Qeyri-rezident hüquqi şəxsin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədi əsasında (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər də mənfəət vergisindən azad olunacaq.

Maddə 164.1.49-1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanla (qurumla) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) təsdiqedici sənədi əsasında malların idxalı – 2024-cü il martın 1-dən 9 ay müddətinə.

İzah: Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.49-1-ci maddə isə əlavə dəyər vergisi üzrə həm qeyri-rezident fiziki şəxslər, həm də qeyri-rezident hüquqi şəxslər üzrə güzəştləri müəyyən edir. COP 29 ilə əlaqədar qeyri-rezident şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanmış müqavilə əsasən işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-dən azad ediləcək. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədi əsasında malların idxalı zamanı ƏDV-dən azadolma tətbiq olunacaq.

Xatırladaq ki, qeyri-rezident şəxslərə vergi güzəştləri ölkəmizdə keçirilmiş UEFA-2019 Avropa Liqasının final oyunu, UEFA-2020 çempionatı, Formula 1 və Formula 2 yarışları ilə bağlı da tətbiq edilib

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech