logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS-da işçinin başqa vəzifəyə keçirilməsi necə tənzimlənir?

  • Bloq
  • 25-iyn-2024, 10:28
  • 69
ƏMAS-da işçinin başqa vəzifəyə keçirilməsi necə tənzimlənir?

ƏMAS-da işçinin başqa vəzifəyə keçirilməsi necə tənzimlənir?


Bölmənin əvvəllərində ƏMAS altsistemində əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında kifayət qədər məlumat verdik. İndi isə əmək müqaviləsinə dəyişikliklərin təcrübədə rast gəlinən halları haqqında məlumat verək.

Misal 1 . İşəgötürən qərar verir ki, 19 sentyabr tarixdən filialın kredit satışı meneceri vəzifəsində calışan işçisi marketinq üzrə mütəxəssis vəzifəsinə keçirilsin. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
Maddədən göründüyü kimi, işəgötürən işçinin razılığını alıb, əmək müqaviləsində dəyişikliklər etməklə onu başqa vəzifəyə keçirə bilər. Kredit satışı meneceri vəzifəsində çalışan işçinin marketinq üzrə mütəxəssis vəzifəsinə keçirilməsi üçün, həmin vəzifənin vakant yer olması mütləqdir.
İşəgötürən kredit satışı meneceri vəzifəsində çalışan işçinin məlumatları üzərindən “ƏM bildirişinə düzəliş et” düyməsini sixmaqla həmin işçinin əmək müqaviləsi bildirişinə daxil olur. “İş məlumatları” bölməsində işçinin cari vəzifəsinin sağındakı düymənı sıxır ki, vəzifə dəyişikliyini həyata keçirsin:
Qeyd edilən düyməni sıxdıqda vakant yerlər haqqında məlumatlar növbəti pəncərədə açılır. İşəgötürən işçinin növbəti vəzifəsini seçərək prosesə davam edir:

Şəkildə görünən seçim edildikdən sonra işçinin “İş məlumatları” üzrə vəzifə məlumatlarının da dəyişməsi baş verir:
Növbəti addım kimi “2.3.4 Dəyişikliyin qüvvəyə minmə tarixi” bölməsində dəyişikliyin qüvvədə olma tarixi “19 sentyabr 2022-ci il” qeyd edilir:
Proses tam başa çatdıqdan sonra ƏMAS altsistemində tərtib olunan əmək müqaviləsində düzəliş yeni seçilən vəzifə üzrə olanacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech