logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Səhm satışı ilə bağlı bank xərcləri gəlirdən çıxılırmı?

  • Bloq
  • 28-iyn-2024, 11:19
  • 33
Səhm satışı ilə bağlı bank xərcləri gəlirdən çıxılırmı?

Səhm satışı ilə bağlı bank xərcləri gəlirdən çıxılırmı?


Mən 1 il ərzində səhmdarı olduğum “XYZ” ASC-də özümə məxsus səhmləri 2024-cü ilin fevral ayında satmışam. Səhmin satışı ilə bağlı bank əməliyyatları üzrə tərəfimdən müvafiq banka məbləğin 1 faizi miqdarında komisyon haqqı ödənilib. Bilmək istərdim ki, çəkilmiş bank xərcləri səhm satışına görə gəlir vergisi hesablanarkən gəlirdən çıxılırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Eyni zamanda, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə 2024-cü ilin yanvarın 1-dən əlavə edilmiş yeni müddəaya görə, iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən digər xərclər də çıxılır.

Qeyd olunanlara əsasən, səhmlərin təqdim edilməsi əməliyyatı üzrə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq, gəlir vergisi hesablanarkən bu təqdimetmə ilə bağlı çəkilmiş bank xərcləri də gəlirdən çıxılır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech