logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşəgötürən ƏMAS altsisteminə əmək müqaviləsi ilə bağlı işə qəbul məlumatını 1 iş günü ərzində daxil edə bilər?

  • Bloq
  • 05-iyl-2024, 09:31
  • 34
İşəgötürən ƏMAS altsisteminə əmək müqaviləsi ilə bağlı işə qəbul məlumatını 1 iş günü ərzində daxil edə bilər?


İşəgötürən ƏMAS altsisteminə əmək müqaviləsi ilə bağlı işə qəbul məlumatını 1 iş günü ərzində daxil edə bilər?


Elekton informasiya sisteminə məsul olan dövlət qurumu tərəfindən məlumatların işəgötürənə göndərilməsi müddəti də Əmək Məcəlləsinin 49-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

Həmçinin, Məcəllənin 49-cu maddəsinin 2-2-ci hissəsinə əsasən, bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

Maddələrdən göründüyü kimi, dövlət qurumu tərəfindən bildirişin göndərilməsi 1 iş günündən gec olmayaraq həyata keçirilməlidir.
Bəzi həmkarlar hesab edirlər ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 iş günü imkan verir ki, işəgötürən əmək müqaviləsi haqqında məlumatları həmin müddətdə ƏMAS altsisteminə daxil etməlidir.
Misal. İşəgötürən əmək müqaviləsi bağladığı işçinin işə başlamasını 6 mart tarixinədək qeyd etsə də, ƏMAS altsistemində 7 mart tarixində qeydiyyata alıb. İşəgötürənin bu addımı əmək qanunvericiliyinin tələblərinə ziddir. Çünki maddədə 1 iş günü tələbi işəgötürənə yox, qeydiyyatı həyata keçirən dövlət qurumuna aiddir. Yəni işəgötürən 6 mart tarixində ƏMAS altsisteminə daxil etdiyi məlumat əsasında dövlət qurumu ən geci 1 iş günü ərzində, yəni 7 mart tarixində işəgötürənə göndərməlidir. Təcrübədə dövlət qurumu tərəfindən həmin proses dərhal həyata keçirilsə də, əmək qanunvericliyi maksimum müddət olaraq 1 iş günü müəyyən edib.

İşçi ilə əmək müqaviləsi bağlansa da, işəgötürənin həmin məlumatları növbəti tarixdə daxil etməsi halında hesablamlar necə həyata keçirilir?
Təcrübədə rast gəlinən maraqlı hallardan biri işçi ilə əmək müqaviləsinin imzalanmasına baxmayaraq, texniki səbəblərdən işçinin əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilməsinin mümkün olmaması və işçiyə ötən günlərə görə əmək haqqı hesablanıb-hesablanmamasıdır.
Misal. Əmək müqaviləsinə əsasən, işçi 10 fevral tarixdə işə götürülüb, amma məlumatların bazaya işlənilməsi və bildirişin alınması texniki səbəbdən 12 fevral tarixdə baş verib. Bu zaman işəgötürən 10 və 11 fevral tarixləri üçün işçiyə əmək haqqı hesablamalıdır? Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

Beləliklə, işəgötürən işçinin əmək fəaliyyətinə o halda icazə verə bilər ki, əmək müqaviləsi bildirişi qeydiyyata alınsın. Amma misalımıza uyğun olaraq qeyd edək ki, təcrübədə bəzən işəgötürən əmək müqaviləsi bildirişi almadan işçini işə cəlb edir. İşəgötürən sonradan həmin problemi aradan qaldırmaq üçün “Əmək müqaviləsi bildirişi” altsisteminə xidmət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edə bilər, lakin bu halda əmək müqaviləsinin sistemə daxil edilməməsi səbəbləri obyektiv olmalıdır. Səbəblər əsaslı olduqda həmin əmək müqaviləsinin “Əmək müqaviləsi bildirişi” altsisteminə işçinin işə başladığı tarixdən daxil edilməsi üçün işəgötürənə imkan yaradılır. Obyektiv səbəblərə misal kimi, ölkədə intertnet probleminin mövcud olmasını və s. göstərmək olar. İşəgötürən işçinin işlədiyi günlərə uyğun olaraq əmək haqqının hesablanmasını da həyata keçirə bilər.

Qeyd edək ki, dövlət qurumu işçi ilə əmək müqaviləsi bağlandıqdan sonrakı tarixlərdə ƏMAS altsistemində qeydiyyata alınması halında hər hansı əsaslı səbəb müəyyən edilmədikdə, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq inzibati cərimə tətbiq edə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq
  • ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    13-mar-2026 | Bloq
  • Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    12-mar-2026 | Bloq
  • Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    12-mar-2026 | Bloq
  • Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    12-mar-2026 | Bloq
  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech