logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçi əsas məzuniyyətdən öncə əlavə məzuniyyətdən tam şəkildə istifadə edə bilər?

  • Bloq
  • 08-iyl-2024, 10:07
  • 25
İşçi əsas məzuniyyətdən öncə əlavə məzuniyyətdən tam şəkildə istifadə edə bilər?

İşçi əsas məzuniyyətdən öncə əlavə məzuniyyətdən tam şəkildə istifadə edə bilər?


Qeyd etdiyimiz kimi, Əmək Məcələsinin 112-ci maddəsinə əsasən, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir. Bəzən əmək qanunvericiliyindən məlumatlı olan işçilər məzuniyyət ərizəsində əvvəlcə əlavə məzuniyyətdən tam olaraq istifadə etmək istədiklərini yazırlar. İşçi bilir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək müqaviləsinə xitam zamanı əlavə məzuniyyətə görə ödəniş olumayacağından xəbərdar işçi əlavə məzuniyyətdən istifadə etməyin faydalı olduğunu düşünür.

Misal. Mütəxəssis vəzifəsində çalışan və 12 il əmək stajı olan işçi əsas və əlavə məzuniyyətlər üzrə müvafiq olaraq 30 və 4 günlük məzuniyyət hüququna malikdir. İşçi iş ilinin 7-ci ayında 14 günlük məzuniyyət hüququndan istifadə üçün işəgötürənə müraciət edib və ərizəsində qeyd edib ki, 4 günlük əlavə məzuniyyətdən tam olaraq istifadə etmək niyyətindədir.
Bu halda işəgötürən işçiyə 4 günlük əlavə məzuniyyəti tam şəkildə verməlidirmi? Fikrimizcə, işçinin 4 günlük əlavə məzuniyyətdən tam istifadə hüququ yaranmadığından işəgötürən mütənasiblik prinspindən istifadə etməlidir. İşçinin iş ilinin 6 ayı tamam olduğu üçün ona 2 gün əlavə məzuniyyət və 12 gün isə əsas məzuniyyət olmaqla 14 günlük əmək məzuniyyəti təqdim edilməlidir. Təbii ki, məzuniyyətlə bağlı əmrdə 14 günlük əmək məzuniyyətinin 12 günün əsas, 2 günün isə əlavə məzuniyyət olduğu göstərilməlidir.

İşçinin əlavə məzuniyyətdən tam istifadə hüququ yarandığı halda da mütənasiblib gözlənilməlidir. Misal üzərində baxaq.
Misal. İşçi iş ili ərzində 21 gün əsas və 4 gün əlavə məzuniyyət hüququna malikdir. İşçi iş ili başa catandan sonra əmək məzuniyyətinin 14 gününü istifadə etdiyi halda o halda da ona 4 gün əlavə məzuniyyətin hamısı verilməyəcək. Çünki işçi əmək məzuniyyətindən tam şəkildə istifadə etmədiyindən mütənasiblik gözlənilməklə 14 günlük əmək məzuniyyətinin 12 günü əsas və 2 günü isə əlavə məzuniyyətin hesabına formalaşacaq.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq
  • ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    13-mar-2026 | Bloq
  • Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    12-mar-2026 | Bloq
  • Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    Ailə vəzifələri olan işçilər kimlərdir və onların hansı hüquqları tanınır?
    12-mar-2026 | Bloq
  • Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    Distant iş hansı işçilərə tətbiq olunacaq? -MİSALLAR
    12-mar-2026 | Bloq
  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech