logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi Məcəlləsinin 67.15-ci maddəsinin izahı: Yoxlama zamanı hansı halda vergi ödəyicisi məcburi ƏDV ödəyicisi olur?

  • Bloq
  • 08-iyl-2024, 10:15
  • 43
Vergi Məcəlləsinin 67.15-ci maddəsinin izahı: Yoxlama zamanı hansı halda vergi ödəyicisi məcburi ƏDV ödəyicisi olur?

Vergi Məcəlləsinin 67.15-ci maddəsinin  izahı: Yoxlama zamanı hansı halda vergi ödəyicisi məcburi ƏDV ödəyicisi olur?


Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.
1 yanvar 2019-cu ildən Vergi Məcəlləsinə əlavə edilən 67.15-ci maddə uçotda olmayan mallarla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Vergi orqanının nəzarət tədbirləri zamanı vergi ödəyicisinin sahibliyində olan malların təqdim edilməsinin hansı dövrə aid edilməsi ilə bağlı konkret müddəa Vergi Məcəlləsində nəzərdə tutulmamışdı. Qeyd olunan əlavədən sonra vergi nəzarəti tədbirlərinə fərqli yanaşma tətbiq olunur.

Misal 1. Vergi orqanının 2020-ci ilin sentyabr ayında keçirdiyi operativ vergi nəzarəti tədbirləri nəticəsində 1200 sayda malın uçotda olmadığı müəyyən edilib. Mümkündür ki, həmin mallar təkcə sentyabr yox, öncəki aylarda və rüblərdə də təqdim edilib. Amma Vergi Məcəlləsinin 67.15-ci maddəsi tələb edir ki, həmin malların təqdim edilməsi sentyabr ayında nəzərə alınsın.

Misal 2. Vergi orqanının 2020-ci ilin sentyabr ayında həyata keçirdiyi səyyar vergi yoxlaması zamanı ƏDV ödəyicisi olmayan, mənfəət (gəlir) vergisi ödəyicisinin sahibliyində olmayan 850 sayda malların uçotdan yayındırılması halı müəyyən edilib. Bu halda vergi orqanı həmin malların təqdim olunmasını 2019-cu il üzrə Mənfəət (gəlir) vergisi bəyannaməsində nəzərə alacaq.

Misal 3. Vergi orqanı tərəfindən 2020-ci ilin aprel ayında ƏDV və mənfəət (gəlir) vergisi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı 400 sayda malın uçotda olmaması müəyyən edilib. Vergi orqanı 2020-ci ilin ilk 3 ayını (yanvar - mart) əhatə edən səyyar vergi yoxlaması həyata keçirdiyi üçün, həmin malların təqdim edilməsi 2020-ci illin mart ayı üzrə ƏDV bəyannaməsində də nəzərə alınacaq.
1 yanvar 2022-ci ildən isə həmin malların təqdim oluması bir əqd və ya müqavilə üzrə təqdim edilmiş sayılır.

Misal 1. Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin uçot məlumatlarında (sənədlərində) göstərilən 40 000 manat məbləğində malların faktiki olaraq onun sahibliyində olmadığını aşkar edib. Bu zaman səyyar vergi yoxlamasının həyata keçirilməsinə ehtiyac olmaya bilər. Vergi orqanı həmin malları bir müqavilə üzrə son hesabat dövründə təqdim edilməsi kimi qəbul edir. Mallar eyni qiymətlə bir şəxsə satılmış kimi qəbul edildiyindən təqdimedilmə qiyməti kimi həmin malın son satış qiyməti əsas götürülür.

Misal 2. Vergi orqanı vergi nəzarəti tədbirləri zamanı müəyyən edir ki, vergi ödəyicisinin uçot məlumatlarına əsasən, yük gömrük bəyannaməsi, və (və ya) elektron qaimə-faktura və (və ya) elektron alış sənədləri üzrə 180 000 manat mal daxil olub. Operativ vergi nəzarəti zamanı vergi ödəyicinin sahibliyində malların olmadığı müəyyənləşdirilib. Vergi orqanı malların təqdim edilməsi üzrə məbləğin 220 000 manat olduğunu müəyyən etdiyi üçün Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisinin məcburi ƏDV qeydiyyatını həyata keçirir. Bu halda malların təqdim olunması zamanı ƏDV hesablanması həyata keçirilir ki, bu da vergi ödəyicisinin ƏDV üzrə də borcunun yaranmasına səbəb olur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech