logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qeyri-rezidentlər üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

  • Bloq
  • 09-iyl-2024, 10:18
  • 24
Qeyri-rezidentlər üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?


Qeyri-rezidentlər üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?


1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı əhəmiyyətli yenilik baş verib. Bu yeniliyi sərbəst auditor Altay Cəfərov şərh edir.

Son dəyişikliyədək qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, vergi tutulan əməliyyatın vaxtı kimi təqdim edilmiş malların, işlərin və xidmətlərin əsas məbləğinin daxil olduğu zaman sayılırdı. Misal üçün, təqdim edilmiş malların, işlərin və xidmətlərin ƏDV-si daxil olurdu, amma əsas məbləği alıcı tərəfindən ödənilməyib. Belə olan halda, ƏDV məqsədləri üçün vergi tutulan vaxt sayılmırdı.

Vergi Məcəlləsinin hazırda qüvvədə olan 166.7-cı maddəsində göstərilib ki, bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.

Maddədən də görünür ki, 01.01.2024-cü ildən alıcılar tərəfindən əsas məbləğ ödənilib ƏDV-si ödənilməyəndə dövriyyə kimi vergi tutulan əməliyyat sayılacaq. Həmçinin əsas məbləğ ödənilməyib, ƏDV-si ödənilərsə, bu, vergi tutulan vaxt sayılacaq.

Misal 1: “AA” MMC 2024-cü ilin iyun ayında alıcıya 10.000 manat əsas, 1.800 manat ƏDV olmaqla cəmi 11.800 manat dəyərində mallar satıb. Alıcı 2024-cü ilin iyun ayında 1.800 manat ƏDV məbləğini ödəyib, ancaq əsas məbləği ödəməyib. Buna baxmayaraq, “AA” MMC iyun ayının ƏDV bəyannaməsində vergi tutulan dövriyyə kimi 10.000 manatı əks etdirəcək.

Bəs 2024-cü ilin yanvar ayından Vergi Məcəlləsində edilmiş dəyişiklik qeyri-rezidentlərlə bağlı əməliyyatlara necə təsir edir?

Bildiyimiz kimi, 01.01.2024-cü il tarixinə kimi qeyri-rezidentlər üzrə də vergi tutulan vaxt ödəmənin həyata keçirildiyi tarix sayılırdı. Məsələni tam aydınlaşdrımaq üçün Məcəllənin 169-cu maddəsinə baxmalıyıq.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Məcəllənin 169.3-cü maddəsində isə göstərilib ki, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

Məcəllənin 169.3-cü maddəsinə görə qeyri-rezidentlərlə bağlı vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə anlayışının açıqlanması isə 166.7-ci maddədə verilib: “Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur”.

Deməli, ödəmə dedikdə həm ƏDV-nin, həm də əsas məbləğin ödənilməsi kimi başa düşülür. Amma burada bir məqam vardır ki, Vergi Məcəlləsinin 166.7-ci maddəsinin tələbində olan ödəmə anlayışı ancaq həmin maddənin məqsədləri üçün əsas sayılır, Məcəllənin digər maddələri üçün əsas sayıla bilməz.

Odur ki, qeyri-rezidentlər üzrə olan əməliyyatlarda ödəmə dedikdə hər hansı bir ƏDV-nin ödənilməsi demək deyildir.

Bundan əlavə qeyri-rezidentlərlə bağlı əməliyyatlardan ƏDV-nin hesablanması üçün əməliyyat baş tutmalıdır və qeyri-rezidentə ödəniş olunandan sonra vergitutma obyekti yaranır.

Misal 2: “AA” MMC Türkiyə Respublikasının rezidenti olan “SS LTD”-dən 2024-cü ilin iyun ayında 10.000 dollar məbləğində işlər əldə edib. “SS LTD”-yə ödəniş 2024-cü ilin iyul ayında həyata keçirilib.

Şirkət 2024-cü ilin iyun ayı üçün ƏDV bəyannaməsinin 306-cı sətrində təqdim edilmiş işlərin dəyəri kimi 10.000 dollar (17.000 manat) qeyd edəcək.

Ödəmə iyul ayında olduğundan iyul ayının ƏDV bəyannaməsinin 306-cı sətrinin daxil olmuş dəyər sütununda 10.000 dollar (17.000 manat) yazacaq və büdcəyə 1.800 dollar (3.060 manat) ƏDV-nin hesablanmasını göstərəcək.

10000 x 18% = 1800 dollar (3060 manat).

Həmçinin, MMC həmin 3.060 manat ƏDV-ni hansı ayda büdcəyə “qeyri-rezidentlərdən hesablanmış ƏDV” adı altında ödəsə, həmin ayın ƏDV bəyannaməsinin 312-ci sətrində əvəzləşdirmə kimi qeyd edəcək.
Nəticə olaraq bildirim ki, rezidentlər üzrə ƏDV-nin tutulması vaxtı ilə qeyri-rezidentlərin üçün ƏDV-nin tutulması vaxtı arasında bu cür fərqlər vardır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech