logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicisinin qeydiyyatı ilə bağlı maliyyə sanksiyasının 14 misalla izahı

  • Bloq
  • 11-iyl-2024, 10:30
  • 38
Vergi ödəyicisinin qeydiyyatı ilə bağlı maliyyə sanksiyasının 14 misalla izahı

Vergi ödəyicisinin qeydiyyatı ilə bağlı maliyyə sanksiyasının 14 misalla izahı


Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Vergi Məcəlləsinn 58.2-ci maddəsi vergi ödəyicisinin uçotu ilə yanaşı, “Fərqlənmə nişanı” ilə bağlı qaydaların pozulması hallarına tətbiq edilən maliyyə sanksiyalarını da tənzimləyir.

Misal 1. Qeyri-kommersiya hüquqi şəxs olan qeyri-hökümət təşkilatı 25 noyabr 2020-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Amma qeyri-kommersiya hüquqi şəxs 5 yanvar 2021-ci il tarixdə vergi orqanına qeydiyyat üçün müraciət edib. Bu halda vergi orqanı qeydiyyat müraciətini gecikdirdiyinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sankisyası tətbiq edəcək.

Misal 2. Dini qurum olan hüquqi şəxs 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Dini qurum vergi orqanına qeydiyyat üçün 30 gündən sonra müraciət etdikdə, vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3. Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq vergi orqanlarında uçota durmaq üçün müraciət etməyib. Bu halda fiziki şəxsin fəaliyyəti qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunmaqla yanaşı, vergi orqanında uçota alınmaq üçün müraciət etməməsinə görə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası hesablanacaq.

Misal 4.
Vətəndaş öz evini başqa bir vətəndaşa kirayə verir. Kirayə fəaliyyəti qeyri-sahibkarlıq fəaliyyəti hesab olunmasına baxmayaraq kirayə verən şəxs vergi uçotuna alınmalıdır. Əks halda vergi orqanı tərəfindən ona Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası hesablanacaq.

Misal 5. Vergi ödəyicisi olan hüquqi şəxsin filialı və ya təsərrüfat obyekti uçota alınmayıb. Vergi nəzarəti tədbirləri zamanı bu hal aşkarlanarsa, vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 6. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, vergi ödəyicisinin Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən iki obyekti uçota alınmayıb. Bu halda artıq vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq 80 manat (40 manat x 2) məbləğində maliyyə sanksiyası hesablanacaq.

Misal 7. Vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı ünvan dəyişsə də, bu haqda vergi orqanına 40 gün müddətində məlumat verməyib. Bu halda vergi orqanı vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

Misal 8. Vergi ödəyicisi Yasamal rayonunda yerləşən obyektini Xətai rayonu ərazisinə köçürüb. Yeni ünvanın yenidən uçota alınması üçün müraciət etmədiyinə görə vergi ödəyicisinə vergi orqanı 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

Misal 9. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan aşağıdakı məlumatlar üzrə hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat vermədiyi halda, ona 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur:
Fiziki şəxslər üzrə:
- Fiziki şəxsin şəxsiyyət vəsiqəsi və ya əcnəbinin qeydiyyat vəsiqəsi üzrə məlumatlar;
- Fiziki şəxsin fəaliyyət ünvanı;
- Əlaqə telefonu və elektron ünvanı.

Misal 10. Vergi ödəyicisi olan hüquqi şəxsin dövlət reyestri üzrə məlumatlarında dəyişiklik olduğu halda, bu dəyişiklik barəsində vergi orqanına məlumat vermədiyi halda vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.2-ci maddəsi yox, İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi tətbiq edilir.
İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən, hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə - vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

Misal 11. Vergi ödəyicisi olan hüquqi şəxsin qeydiyyat və ya dəyişiklik barədə vergi orqanına yanlış məlumat verməsi müəyyən edilib. Vergi orqanı İnzibati Xətalar Məcəlləsinin 403-cü maddəsinə əsasən, hüquqi şəxslər tərəfindən dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə görə cərimə tətbiq edəcək.
İXM-in 403-cü maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə - fiziki şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
Vergi Məcəlləsinin 58.1-ci maddəsində, həmçinin bəzi vergi ödəyiciləri üçün nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediməsi də nəzərdə tutulub.

Misal 12. Vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbirləri nəticəsində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicisinin “Fərqlənmə nişanı”nın olmadığı müəyyən edilib. Bu zaman vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 13. Vergi orqanının vəzifəli şəxsi 2020-ci ilin noyabr ayında müəyyən edib ki, vergi ödəyicisinin son “Fərqlənmə nişanı”nın etibarlılıq müddəti 31 oktyabr tarixində bitib. Vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

Misal 14. Vergi orqanının vəzifəli şəxsi müəyyən edir ki, yük daşınmasını həyata keçirən şəxsin “Fərqlənmə nişanı” olmasa da, “Xüsusi fərqlənmə nişanı”na malikdir. Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üzrə “Xüsusi fərqlənmə nişanı” əsas olduğu üçün, vergi orqanı tərəfindən hər hansı maliyyə sanksiyası tətbiq edilməyəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq
  • Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    07-iyl-2025 | Bloq
  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq
  • Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    03-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]