logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçi rəhbər vəzifəyə keçirildikdə məzuniyyət müddəti necə tənzimlənir?

  • Bloq
  • 18-iyl-2024, 09:25
  • 49
İşçi rəhbər vəzifəyə keçirildikdə məzuniyyət müddəti necə tənzimlənir?

İşçi  rəhbər vəzifəyə keçirildikdə məzuniyyət müddəti necə tənzimlənir?


Təcrübədə rast gəlinən hallardan biri işçinin iş ili başa çatmamış rəhbər vəzifəyə keçirilməsidir.
Misal. İşəgötürən satış sahəsində çalışan işçinin rəhbər vəzifəyə keçirilməsi haqqında qərar verir. Yeni vəzifəyə keçməzdən əvvəl satış işçisinə hesablanan əsas məzuniyyətin müddəti 21 təqvim günü olub. Amma rəhbər vəzifəyə keçdikdən sonra əsas məzuniyyət müddəti 21 təqvim günündən 30 təqvim gününə artırılmalıdır. Maraqlıdır ki, bu halda işçinin həmin iş ilinə görə əsas məzuniyyəti necə tənzimlənir.
Fərz edək ki, işçinin 2-ci iş ili 1 iyul 2023- 30 iyun 2024-ci il dövrünü əhatə edir. İşçinin satış müdiri vəzifəsinə keçirilməsi əmrinə əsasən, 1 noyabr 2023-cü il tarixdən yeni vəzifəsinin icrasına başlayacaq.

Bu halda işçinin 2-ci iş ili üzrə əsas məzuniyyət günlərinin sayını müəyyən etmək üçün, ilk növbədə satış işçisi kimi çalışdığı dövrün əsas məzuniyyət günlərini hesablayaq. İşçi 2-ci iş ilində 4 ay satış işçisi olaraq çalışıb. İşçinin 4 ayına görə hesablanacaq əsas məzuniyyətin müddətini tapmaq üçün tənasüb üsulundan istifadə edək:
12 ay ——- 21 gün
4 ay ——- X gün
X = (21 gün x 4 ay) / 12 = 7 gün
İndi isə eyni prosesi rəhbər vəzifəsində çalışdığı dövrə tətbiq edək:
12 ay ——- 30 gün
8 ay ——- X gün
X = (30 gün x 8 ay) / 12= 20 gün

Deməli, işçinin ikinci iş ilinə görə əsas məzuniyyət günlərinin sayı 27 gün (7 gün (satış işçisi olan dövr üzrə) + 20 gün (satış müdiri olan dövr üzrə) olacaq. Təbii ki, işçinin üçüncü iş ili üzrə əsas məzuniyyət müddəti 30 gün olacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech