logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Avans qaimə üzrə rast gəlinən problemlər nələrdən ibarətdir? (2 HAL)

  • Bloq
  • 08-avq-2024, 10:34
  • 44
Avans qaimə üzrə rast gəlinən problemlər nələrdən ibarətdir? (2 HAL)

Avans qaimə üzrə rast gəlinən problemlər nələrdən ibarətdir? (2 HAL)


Təcrübədə avans elektron qaimələrin tətbiq edilməsi ilə bağlı rast gəlinən hallardan ikisini həmkarlarımızın diqqətinə çatdırırıq.

Misal. Vergi ödəyicisi alqı-satqı müqaviləsinə əsasən qarşı tərəfə 10 000 manatlıq müxtəlif tikini materialları təqdim edəcək. Müqaviləyə əsasən qarşı tərəf müqavilə nəzərdə tutulan məbləğin 30 faizi qədər avans ödəməlidir. Malları təqdim edən vergi ödəyicisi avans ödənişləri üzrə elektron qaimə-faktura üzrə malların kodlarını da sənədə daxil etməlidir. Amma mümkündür ki, vergi ödəyicisinin 3000 manatlıq avans məbləğini əhatə edəcək malların siyahısını öncədən dəqiqləşdirmək mümkün olmasın. Avans ödənişləri üzrə elektron qaimə-fakturada malların təsnifat kodları üzrə qeyd edilməsi vergi ödəyiciləri üçün müəyyən problemlərin yaranmasına səbəb olur.
Digər hal isə avans üzrə elektron qaimə-faktura təqdim edildikdə malların təqdim olunması üzrə sənəddə cəmi məbləğin qeyd edilməsinə fərqli münasibətlərin olmasıdıır.

Misal. Vergi ödəyicisi qarşı tərəfə təqdim ediləcək 500 manatlıq mal üçün 200 manatlıq avans ödənişləri üzrə elektron qaimə-faktura təqdm edib. Malların təqdim olunması zamanı vergi ödəyicisi 500 manatlıq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura təqdim etdikdə, həmçinin 200 manatlıq avans ödənişləri üzrə qeydi həyata keçirir. Təəssüf ki, bəzi həmkarlarımız hesab edirlər ki, 500 manatlıq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura təqdim olduğu üçün 200 manatlıq avans elektron qaimə-faktura ləğv edilməlidir. Səbəb kimi iki elektron qaimə faktura üzrə cəmi məbləğin 700 manat olmasını, lakin qarşı tərəfin 500 manatlıq mallar təqdim etməsini göstərirlər. Bildirmək istəyirik ki, 200 manatlıq avans ödənişləri üzrə elektron qaimə-faktura sadəcə avans ödənişləri məqsədilə verildiyi üçün malların uçotu baxımından 500 manatlıq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura əsasdır. Bu səbəbdən də, öncədən təqdim olunan avans ödənişləri üzrə elektron qaimə-fakturanın ləğv edilməsinə ehtiyac yoxdur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech