logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Xaricdə yükdaşıma fəaliyyəti ilə məşğul olan rezidentin gəlirləri ƏDV-yə cəlb olunurmu?

  • Bloq
  • 12-avq-2024, 10:08
  • 66
Xaricdə yükdaşıma fəaliyyəti ilə məşğul olan rezidentin gəlirləri ƏDV-yə cəlb olunurmu?

Xaricdə yükdaşıma fəaliyyəti ilə məşğul olan rezidentin gəlirləri ƏDV-yə cəlb olunurmu?


Azərbaycan Respublikasının hüdudlarından kənarda yükdaşıma fəaliyyəti ilə məşğul olan rezident müəssisənin həmin fəaliyyətdən əldə etdikləri gəlirləri ƏDV-yə cəlb olunurmu? Eyni zamanda həmin rezident müəssisə, yükdaşıma fəaliyyətini genişləndirmək üçün, Türkmənistan Respublikasında fəaliyyət göstərən qeyri-rezidentlə bazar araşdırması üçün xidməti müqavilə bağlayır, öz növbəsində, həmin qeyri-rezident öz ölkəsində yükdaşıma ilə bağlı biznes imkanlarını müəyyən etmək üçün aylıq xidmət haqqı qarşılığında bazar araşdırması edir. Biz rezident müəssisə olaraq həmin qeyri-rezidentə xidmət haqqı ödəyən zaman hər hansı vergi öhdəliklərimiz (ödəmə mənbəyində vergi və ya ƏDV ) yaranırmı?

Birinci sual: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi ödəyicisinin bütün gəlirləri dedikdə onun həm Azərbayan Respublikasında, həm də Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri nəzərdə tutulur.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Azərbaycan Respublikasının rezidenti olan ƏDV ödəycisinin respublikamızın hüdudlarından kənarda göstərdiyi xidmətlər, işlər ƏDV-nin vergitutma obyekti deyil. Lakin Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində olan xidmətlərin göstərildiyi yer kimi xidmətləri göstərən şəxsin yox, xidmətləri alan şəxsin qeydiyyatda olduğu yer qəbul olunur. Sorğuda qeyd olunan xidmət ƏDV-yə cəlb olunmayacaq.
İkinci sual: cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Sorğuda qeyd olunan qeyri-rezidentin əldə etdiyi gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən Azərbaycan mənbəyindən gəlir sayılmır və ödəmə mənbəyində vergi tutulmur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Bu maddəyə əsaslanaraq bildirilib ki, sorğuda qedy olunan xidmət Azərbaycan Respublikasının ərazisində olmadığı üçün ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 125-ci, 127-ci, 168-ci, 169-cu maddələri.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏDV məqsədləri üçün qeydiyyat limiti necə müəyyən edilir?
    ƏDV məqsədləri üçün qeydiyyat limiti necə müəyyən edilir?
    17-apr-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    17-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?
    ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?
    16-apr-2026 | Bloq
  • Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir
    Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir
    16-apr-2026 | Bloq
  • MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    15-apr-2026 | Bloq
  • AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
    AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
    15-apr-2026 | Bloq
  • Məcburi ƏDV qeydiyyatı üçün dövriyyə həddi
    Məcburi ƏDV qeydiyyatı üçün dövriyyə həddi
    14-apr-2026 | Bloq
  • VÖEN-i müvəqqəti dayandırmaq üçün nə etməli…
    VÖEN-i müvəqqəti dayandırmaq üçün nə etməli…
    14-apr-2026 | Bloq
  • Vətəndaşlar tərəfindən edilən kart ödənişlərinə komissiya gəlir?
    Vətəndaşlar tərəfindən edilən kart ödənişlərinə komissiya gəlir?
    13-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech