logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı vergi ödəyiciləri mütləq ƏDV ödəyicisi hesab ediləcək?

  • Bloq
  • 29-avq-2024, 10:06
  • 53
Hansı vergi ödəyiciləri mütləq ƏDV ödəyicisi hesab ediləcək?

Hansı vergi ödəyiciləri mütləq ƏDV ödəyicisi hesab ediləcək?


Vergi Məcəlləsinin 154.7-ci maddəsinə əsasən, bu Məcəllənin 33.8-1-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) ƏDV-nin ödəyiciləri sayılırlar. Bəs kimlər üçün ƏDV qeydiyyatı məcburi xarakter daşıyır? suala vergi eksperti Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinə əsasən, rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli, 387 nömrəli qərarı ilə “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası” təsdiq edilib.

Misal 1: “Tik tok” şirkəti ölkəmizdə virtual nümayəndəlik yaradarsa, mütləq ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdır. Həmin tip vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.

Bəs hansı vergi ödəyiciləri üçün ƏDV qeydiyyatı imkanı yumşaldılıb?

Son dəyişikliklərə qədər Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər üçün müəyyən tələblər mövcud idi. Misal üçün, həmin tip vergi ödəyicisi xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə etməli və ödəməli idi. Başqa tələb ondan ibarət idi ki, digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirməli idi.

Son dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) bu Məcəllənin 156-cı maddəsi ilə müəyyən edilən hüquqdan istifadə edə bilərlər. Həmçinin, həmin tip vergi ödəyiciləri üçün tələblər ləğv edilib.

Misal 2: Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər göstərilən xidmətlərin dəyərini nağdsız qaydada qəbul edirsə, o zaman həmin şəxslər 1 yanvar 2024-cü il tarixdən könüllü olaraq ƏDV ödəyicisi ola bilərlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər
    Bir ildən az işləyən işçiyə məzuniyyət kompensasiyası verilir? – Qaydalar və məbləğlər
    03-okt-2025 | Bloq
  • Rezident ASC qeyri-rezident xidmətlərinə görə ƏDV ödəməlidirmi?
    Rezident ASC qeyri-rezident xidmətlərinə görə ƏDV ödəməlidirmi?
    03-okt-2025 | Bloq
  • Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri
    Əlilliyi olan şəxslərə və müharibə ilə əlaqədar əlillərə tətbiq edilən vergi güzəştləri
    02-okt-2025 | Bloq
  • Artıq ödənilmiş vergi vəsaitlərinin qaytarılması qaydası
    Artıq ödənilmiş vergi vəsaitlərinin qaytarılması qaydası
    02-okt-2025 | Bloq
  • Fiziki şəxslərin sahibkarlıq fəaliyyətində vergi və sosial müdafiə öhdəlikləri
    Fiziki şəxslərin sahibkarlıq fəaliyyətində vergi və sosial müdafiə öhdəlikləri
    01-okt-2025 | Bloq
  • Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları
    Vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınması qaydaları
    01-okt-2025 | Bloq
  • İcarə haqqından vergi tutulması və hesabat öhdəlikləri
    İcarə haqqından vergi tutulması və hesabat öhdəlikləri
    30-sen-2025 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    30-sen-2025 | Bloq
  • Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
    Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
    29-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech