logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vahid bəyannamə - intizamlı fəaliyyət və rahat biznes

  • Bloq
  • 11-sen-2024, 10:40
  • 72
Vahid bəyannamə - intizamlı fəaliyyət və rahat biznes

Vahid bəyannamə - intizamlı fəaliyyət və rahat biznes


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes təmsilçiləri gəlirləri barədə hesabatlılığı təmin etmək üçün vergi orqanına bəyannamə təqdim etməlidirlər. Bu sənədi hansısa vergi növü üzrə vergi öhdəliyi olan vergi ödəyiciləri qanunvericilikdə göstərilən müddətdən gec olmayaraq təqdim edirlər. Bəyannamənin təqdimetmə müddətinin sonuncu günü qeyri-iş gününə düşdüyü halda bəyannamə ən geci növbəti iş günü verilməlidir. Biznes təmsilçiləri üçün vergi inzibatçılığı sadələşdirildikcə, bu, bəyannamə formalarının tərtibatına da öz təsirini göstərir. Belə ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan vahid bəyannamənin göndərilməsi prosesi bir müddətdir ki, asanlaşdırılıb.
Vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə 1 aprel 2020-ci il tarixindən başlanılıb.

Sadə inzibatçılıq vergi intizamını artırır

2020-ci ildən etibarən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. Vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə 1 aprel 2020-ci il tarixindən başlanılıb. Bu ildən isə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir. Bu bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilir. Yeni formaya aid proqram təminatı 2023-cü ilin IV rübündən etibarən istifadəyə verilib və sadələşdirilmiş interfeys formasında sistemə keçid təmin edilib. Sadələşdirilmiş bəyannamə forması vergi ödəyicilərinin uçot – baza və son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən əvvəlcədən doldurularaq ödəyicilərə təqdim edilir. Vergi ödəyicisi həmin məlumatlarla razı olduqda, bəyannaməni gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək vergi orqanına göndərir. Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, vergi ödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilir. Bu funksiya vergi ödəyicisinə öz fəaliyyəti barədə hesabatı dəqiq tərtib etməyə imkan verir. Yəni hansısa rəqəmdə uyğunsuzluq aşkarlanarsa, bunu dəyişmək mümkün olur.

Vahid bəyannamənin tətbiqini zəruri edən səbəblərdən biri onun mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi sualların yaranması idi.

Məqsəd biznesə dəstəkdir

Vahid bəyannamənin tətbiqini zəruri edən səbəblərdən biri onun mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi sualların yaranması idi. Məlumdur ki, bizneslə bağlı hesabatları hazırlamaq bir qədər vaxt tələb edən mürəkkəb proses kimi görünür. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə” forması vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinə xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir. Vergi orqanının əldə etdiyi məlumatlardan istifadə etməklə vergi ödəyicisini vaxtında xəbərdar etmək, məlumatlandırmaq, avtomatik xəbərdarlıq bildirişləri formalaşdırmaqla riskləri aradan qaldırmaq beynəlxalq təcrübədə uğurla tətbiq edilən metoddur. Bütün ödənişlərin vahid hesabatda birləşdirilib vergi ödəyicilərinə verilməsi biznes subyektlərinin işinin asanlaşdırılmasına xidmət edir. Ümumiyyətlə, vergi orqanlarında rəqəmsal transformasiyanın əsas hədəflərindən biri mövcud olan məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır. Bu yanaşmanın həyata keçirilməsində məqsəd vergi ödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsini təmin etməkdir. Qeyd edək ki, vergi ödəyiciləri özləri də bəyannamə formalarının hazırlanması ilə bağlı təkliflər verə bilərlər.Bunun üçün Dövlət Vergi Xidmətinin saytında xüsusi bölmə var və hər kəs burada bəyannamə formaları ilə bağlı öz təkliflərini daxil edə bilər. https://www.taxes.gov.az/

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech