logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Altıgünlük iş həftəsində iş vaxtı necə müəyyənləşdirilir?

  • Bloq
  • 13-sen-2024, 11:17
  • 77
Altıgünlük iş həftəsində iş vaxtı necə müəyyənləşdirilir?


Altıgünlük iş həftəsində iş vaxtı necə müəyyənləşdirilir?


Altıgünlük iş həftəsində iş vaxtının müəyyənləşdirilməsinə gəlincə isə, Əmək Məcəlləsinin 90-cı maddəsinin üçüncü hissəsinə əsasən, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Maddədə diqqət ediləsi üç məqama nəzər salaq.

Əmək Məcəlləsinə uyğun olaraq altıgünlük iş rejimin müəyyən olunması üçün müəyyən tələblər gözlənilməlidir:

1. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz.
Misal 1. İşəgötürən qərar verir ki, işçi həftənin ilk beş gününü 7 saat, şənbə günü isə 5 saat işləsin. Göründüyü kimi, həftəlik iş norması 40 saat (7 saat x 5 iş günü+ 5 saat x 1 iş günü), gündəlik iş norması isə 7 saatdan çox olmadı.

2. Həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan çox ola bilməz.
Misal 2. İşəgötürən qərar verir ki, işçi həftənin beş iş günündə 6 saat, şənbə günündə isə 5 saat işləsin. Bu halda həftəlik iş norması 35 saat (6 saat x 5 iş günü+ 5 saat x 1 iş günü), gündəlik iş norması isə 6 saatdan yuxarı müəyyən edilmədi.

3. Həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Misal 3. İşəgötürən qərar verir ki, işçi həftənin altı iş günündə 4 saat işləsin. Bu halda həftəlik iş norması 24 saat (4 saat x 6 iş günü) olur və gündəlik iş norması da 6 saatdan yuxarı müəyyən edilmir.

Göründüyü kimi, işəgötürən altıgünlük iş həftəsində həftəlik iş normasına uyğun gündəlik iş saatları müəyyən etməlidir. Misal üçün, əmək qanunvericiliyi həftəlik iş saatı 36 saat olduğu halda işçinin gündəlik normal iş saatının 7 saat müəyyən edilməsinə icazə vermir.
Sonda bir məsələni qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin ikinci hissəsinə əsasən, atıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Maddədən göründüyü kimi, işəgötürən heç bir halda şənbə günü 6 saatdan çox iş vaxtı müəyyən edə bilməz.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech