logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Aksiz vergisi tutulan əməliyyatın məbləği necə hesablanır?

  • Bloq
  • 19-sen-2024, 10:20
  • 91
Aksiz vergisi tutulan əməliyyatın məbləği necə hesablanır?

Aksiz vergisi tutulan əməliyyatın məbləği necə hesablanır?


Aksiz vergisi tutulan əməliyyatın məbləğinin hesablanmasına dair mövzunu vergi ekspertləri şərh edir.
Vergi Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir. Azərbaycan Respublikası ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur.

Misal 1. Vergi ödəyicisi 2024-cü ilin avqust ayında istehsal etdiyi 10 ton Aİ-92 benzinini və 3 ton dizel yanacağını istehsal binasının hüdudlarından kənara çıxarıb. Vergi ödəyicisinin ödəməli olduğu aksiz məbləğini hesablayaq.

Məlum olduğu kimi, neft məhsullarının qiymətləri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin hər ton üçün istehsalçı tarifi 751,60 manat, aksiz vergisi isə 42,5 faizdir. Həmçinin, dizel yanacağının hər ton üçün istehsalçı tarifi 727,26 manat, aksiz vergisi isə 18,3 faiz müəyyən edilib.

Tarif Şurasının 4 nömrəli Qərarı ilə müəyyən edilmiş 1 ton neft məhsullarının istehsalçı tarifi aksizə cəlb edilən əməliyyatın məbləği kimi qəbul olunur. Beləliklə, 1 ton neft məhsullarının istehsalçı qiymətlərini həmin məhsulların həcminə və aksiz dərəcəsinə vurmaqla aksiz vergisi müəyyən edilir.

Beləliklə, yuxarıda qeyd olunanlar nəzərə alındıqda məsələnin həlli aşağıdakı kimi olacaq:

Aİ-92 markalı avtomobil benzini üçün:

(751,60 x 10) x 42,5% = 3.192,9 manat.

Dizel yanacağı üçün:

(727,26 x 3) x 18,3% = 399,27 manat;

3.192,9 + 399,27 = 3.592,17 manat.

Deməli, vergi ödəyicisi büdcəyə hesabat dövrü üçün ümumilikdə 3592,17 manat aksiz vergisi ödəməlidir.

Neft məhsulları istisna olmaqla, Azərbaycan Respublikası ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur. Vergi tutulan əməliyyatın istehsal olunan malların miqdarı hesab olunduğu aksizli mallara içməli spirt, pivə, spirtli içkilər, energetik içkilər, tütün məmulatları, tütündən hazırlanan siqaretlər və onların əvəzediciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, həmçinin elektron siqaretlər üçün maye aiddir.

Misal 2. Azərbaycan Respublikası ərazisində istehsal olunan spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin, energetik içkilərin və elektron siqaretlər üçün mayenin – hər litrinə görə, tütün məmulatları, tütündən hazırlanan siqaretlər və onların əvəzediciləri, birdəfəlik istifadə üçün elektron siqaretlərin - hər ədədinə görə, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına görə aksiz vergisi tutulur.

Vergi Məcəlləsinin 185.2-ci maddəsində göstərilib ki, idxal malları üçün (avtobuslar, minik avtomobilləri, motosikletlər, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz istisna olmaqla) vergi tutulan əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz, yol vergisi və ƏDV çıxılmaqla).

İdxal olunan avtobuslar, minik avtomobilləri, motosikletlər, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə vergi tutulan əməliyyat - onların mühərrikinin həcmidir.

Misal 3. Avtomobil nəqliyyatı vasitələrinin idxalı ilə məşğul olan fiziki şəxs Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına 2 ədəd “Mercedes” markalı minik avtomobili idxal edib. Bu avtomobillərdən birinin mühərrikinin həcmi 1.800 kub santimetr, digərininki isə 2.500 kub santimetrdir. Bu halda vergi tutulan əməliyyatları müəyyən etmək üçün hər iki minik avtomobilinin mühərrikinin həcmi (2.500 kub santimetr və 1.800 kub santimetr ) əsas götürüləcək.

İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır.

Misal 4. Vergi ödəyicisi Türkiyə Respublikasından 30 qram platin, əyarı 750 olan 70 qram qızıl və 2,4 karatlıq almaz idxal edib. Bu halda 30 qram platin, əyarı 750 olan 70 qram qızıl və 2,4 karatlıq almaz aksiz vergisinə cəlb olunacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Şirkətin vergi borcunu açıqlayan işçiləri nə gözləyir? – Yeni hüquqi tələblər
    Şirkətin vergi borcunu açıqlayan işçiləri nə gözləyir? – Yeni hüquqi tələblər
    19-dek-2025 | Bloq
  • Vəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?
    Vəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?
    19-dek-2025 | Bloq
  • Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir
    Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir
    18-dek-2025 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    18-dek-2025 | Bloq
  • ƏMAS-da 18 yaşadək işçilərlə bağlı yenilik
    ƏMAS-da 18 yaşadək işçilərlə bağlı yenilik
    17-dek-2025 | Bloq
  • Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?
    Bazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi?
    17-dek-2025 | Bloq
  • Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
    Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
    16-dek-2025 | Bloq
  • Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?
    Tərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur?
    16-dek-2025 | Bloq
  • Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
    Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
    15-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech