logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşəgötürən hansı işçilərin əmək kitabçalarını təhvil verməlidir?

  • Bloq
  • 20-sen-2024, 09:45
  • 48
İşəgötürən hansı işçilərin əmək kitabçalarını təhvil verməlidir?

İşəgötürən hansı işçilərin əmək kitabçalarını təhvil verməlidir?


Əmək Məcəlləsində edilən son dəyişikliklərlə bağlı Qanunun keçid müddəasında qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilir.
Maddədə diqqət yetiriləsi vacib məqamlara aydınlıq gətirək.

Birinci məqam işəgötürən tərəfindən hansı tarixdən etibarən əmək kitabçalarının qaytarılması ilə bağlıdır. Keçid müddəasında bildirilib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən əmək kitabçaları geri qaytarılmalıdır. Əmək Məcəlləsinə dəyişikliklər haqqında qanunun parlamentdə qəbul tarixi 29 iyun 2024-cü il, dərc edildiyi tarix isə 12 avqust 2024-cü ildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsində qeyd edilir ki, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Bu səbəbdən də Əmək Məcəlləsində edilən dəyişikliklər barədə qanunun qüvvəyə minmə tarixi 12 avqust 2024-cü il tarix hesab edildiyindən işəgötürənlər həmin tarixdən etibarən əmək kitabçalarını işçilərə təhvil verə bilərlər.

İkinci məqam işəgötürən tərəfindən hansi müddətə qədər əmək kitabçalarının təhvil verilməsidir. Keçid müddəasında əmək kitabçalarının təhvil verilməsi ilə bağlı son müddət müəyyən edilməyib. O səbəbdən də əmək kitabçaları işəgötürənlər tərəfindən ağlabatan müddətdə işçilərə təhvil verilməlidir.

Üçüncü məqam təhvil verilən əmək kitabçalarında işəgötürənin hər hansı qeydlər aparıb-aparmaması ilə bağlıdır. Dəyişikliyədək əmək kitabçası işəgötürənlər tərəfindən əmək müqaviləsinə xitam halında təhvil verildiyi üçün xitam haqqında qeydlər imza və möhürlə təsdiq edilirdi. İndiki halda işəgötürənlər cari, yəni əmək müqaviləsinə xitam verilməyən işçilərin əmək kitabçalarını təhvil verdikləri üçün kitabçada hər hansı qeyd aparılmasına ehtiyac yoxdur.

Dördüncü məqam işəgötürən tərəfindən hansı işçilərin əmək kitabçalarının geri qaytarılması ilə bağlıdır. Qanunun keçid müddəasında qeyd edilir ki, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işçilərə təhvil verilməlidir. Bu zaman sual yaranır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri gaytarılmalıdır?

Misal üçün, işçinin əmək kitabçasında 1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri göstəriciləri qeyd edilib. Bu zaman işəgötürən həmin işçinin də əmək kitabçasını geri qaytarılmalıdır?
Keçid müddəasından belə anlaşılır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmamalıdır. Çünki keçid müddəasında qeyd edilməyib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən bütün əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilməlidir. Xüsusi olaraq vurğulanıb ki, “elektron informasiya sistemində məlumatları mövcud olan” əmək kitabçaları işçilərə təhvil verilməlidir. Bu səbəbdən də düşünürük ki, işəgötürən yalnız elektron informasiya sistemində məlumatları mövcud olan işçilərə əmək kitabçalarını geri qaytarmalıdır.

Maraqlıdır ki, niyə keçid müddəasında “1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri” anlayışıdan istifadə edilməyib? Cünki 2008-2010-ci illərdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən işəgötürənlərin bəzilərindən əmək kitabçası haqqında məlumatların tələb edilməsi həyata keçirildi. Həmin tələblərlə bağlı bütün işəgötürənlər üzrə prosesi həyata keçirmək mümkün olmasa da, bəzi işçilər üzrə məlumatlar elektron informasya sistemində əks olundu. Bu səbəbdən də, həmin şəxslərin əmək stajları üzrə məlumatlar elektron sistemdə əks olunarsa, işəgötürənlər onların da əmək kitabçalarını qaytara bilərlər.

Bir hal da mümkündür ki, işçi əmək stajına başladığı dövrün müəyyən hissəsini Prezidentin fərmanı ilə tənzimlənən mütləq kağız formada əmək müqaviləsi imzalanan vəzifələrdə çalışıb. Bu zaman həmin dövr də elektron informasiya sistemində əks olunmayacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    07-apr-2026 | Bloq
  • Bir sıra normativ sənədlər təsdiq edilib
    Bir sıra normativ sənədlər təsdiq edilib
    07-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech