logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal

  • Bloq
  • 20-sen-2024, 10:10
  • 75
ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal


Vergi Məcəlləsinin 175.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi əvəzləşdirilən ƏDV-nin vaxtı hesab edilir. Qanunvericiliyin bu tələbini vergi ekspertləri şərh edir.

Dəyişiklik edilən maddədə 2 hal tənzimlənir. Birinci hal təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsidir. Vergi Məcəlləsinin 166.1.2-ci maddəsinə əsasən, qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt ƏDV üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtdır. Amma qarşı tərəf üçün ƏDV-nin əvəzləşdirilməsi qanunvericilikdə təsbit olunmamışdı. Buna görə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə düzəliş edildi.

Misal 1: ƏDV ödəyicisi olan vergi ödəyicisi 2 mart 2024-cü ildə 5.000 manatlıq mebel avadanlığını ƏDV ödəyicisi olan qarşı tərəfə təqdim edib. Qarşı tərəf mebel avandanlığını təqdim edən vergi ödəyicisinə dövri olaraq təmizlik xidməti göstərir. 15 aprel 2024-cü il tarixdə hər iki vergi ödəyicisi aralarındakı qarşılıqlı hesablaşma nəticəsində 2.000 manatlıq öhdəliyin ləğvinə razılaşır. Bu halda vergi ödəyicilərinin təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsinin tarixi, yəni 15 aprel 2024-cü il əvəzləşdirilən ƏDV-nin vaxtı hesab ediləcək.

İkinci hal notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsidir.

Misal 2: ƏDV ödəyicisi daşınmaz əmlakı əldə edərkən ödənişi qarşı tərəfin hesabına yox, notariusun depozit hesabına keçirir. Bu hal üzrə əvəzləşdirmə Vergi Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənmirdi. Dəyişiklikdən sonra ƏDV ödəyicisinin daşınmaz əmlakın alqı-satqısı zamanı əməliyyatın dəyərini notariusun bankda açdığı depozit hesabına ödədiyi tarix ƏDV-nin əvəzləşdirilməsi vaxtı hesab olunacaq.

Qeyd edək ki, təcrübədə hər iki hal yuxarıda qeyd edilən qaydada aparılsa da, 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinin 175.1-ci maddəsinə dəyişiklik edilməklə proses hüquqi baxımdan tənzimləndi.

Bəs nümayəndəlik və ya işçilərin mənzil və yemək xərclərinin ƏDV ödənişlərinin əvəzləşdirilməsinə icazə verilirmi?

Vergi Məcəlləsinə əlavə edilən, nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Vergi Məcəlləsinin 175.3-cü maddəsinə edilən dəyişilik nəticəsində Nazirlər Kabinetinin qərarında qeyd edilən norma əsasında xərclərin əvəzləşdirilməsinə yol verilməsi istisna hal kimi qeyd edilir.

Misal 3: Vergi ödəyicisi 2024-cü ilin fevral ayında işçilərin mənzil xərcləri üçün 5.000 manat (ƏDV-siz) ödəniş edib. Həmin məbləğ Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilən normalar çərçivəsindədir. Bu halda vergi ödəyicisi Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərini nəzərə almaqla ödənişləri həyata keçirdiyi üçün 900 manat məbləğində ƏDV-ni əvəzləşdirmək hüququna malikdir:

5000 x 18% = 900 manat.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təsərrüfat obyektlərinin uçotu və vergi azadolmaları qaydaları
    Təsərrüfat obyektlərinin uçotu və vergi azadolmaları qaydaları
    12-iyn-2025 | Bloq
  • Banklar offşor şirkətlərdən alınan mallara və xidmətlərə hansı hallarda vergi tutmur?
    Banklar offşor şirkətlərdən alınan mallara və xidmətlərə hansı hallarda vergi tutmur?
    12-iyn-2025 | Bloq
  • Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq - TARİX
    Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq - TARİX
    11-iyn-2025 | Bloq
  • Cəmlənmiş iş vaxtının uçotu ilə bağlı inzibati məsuliyyət hansı hallarda tətbiq olunur?
    Cəmlənmiş iş vaxtının uçotu ilə bağlı inzibati məsuliyyət hansı hallarda tətbiq olunur?
    11-iyn-2025 | Bloq
  • Vergitutma obyekti necə müəyyən edilir?
    Vergitutma obyekti necə müəyyən edilir?
    11-iyn-2025 | Bloq
  • Hansı sənədləri təqdim etməyən işəgötürən 2500 manatadək cərimə olunacaq?
    Hansı sənədləri təqdim etməyən işəgötürən 2500 manatadək cərimə olunacaq?
    10-iyn-2025 | Bloq
  • İcarə götürülən obyekt üçün kod almaq mümkündürmü?
    İcarə götürülən obyekt üçün kod almaq mümkündürmü?
    10-iyn-2025 | Bloq
  • Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    05-iyn-2025 | Bloq
  • Vergi ödəyicilərinin nəzərinə!
    Vergi ödəyicilərinin nəzərinə!
    05-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]