2027-ci ildə Vergi Məcəlləsinə təklif edilən bir sıra dəyişikliklər - RƏSMİ

Vergi qanunvericiliyində 2027-ci ildən bir sıra dəyişikliklər nəzərdə tutulur
2027-ci il yanvarın 1-dən etibarən vergi qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Layihəyə əsasən, əsas yeniliklər aşağıdakılardır:
1. İcarə gəlirlərinin vergiyə cəlb edilməsi
İcarə gəlirlərinin vergiyə cəlb olunması üzrə iki alternativ mexanizmin tətbiqi nəzərdə tutulur:
İcarə haqqının 14 faizi məbləğində vergi;
Gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğin 20 faizi həcmində vergi.
2. Saatlıq əməkhaqqı sisteminin tətbiqi
Kənd təsərrüfatı və ictimai iaşə sahələrində qısamüddətli əmək müqavilələri ilə çalışan, eləcə də həftəlik iş vaxtı 20 saat və daha az olan işçilər üçün saatlıq əməkhaqqı sisteminin tətbiqi təklif olunur.
3. İctimai iaşə fəaliyyəti üzrə vergi güzəştləri
Kafe və restoran fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün aşağıdakı dəyişikliklər nəzərdə tutulur:
Dövriyyəsi sonradan 200.000 manatdan artıq müəyyən edilən ictimai iaşə subyektlərinin müəyyən hallarda 10 günlük müddətə görə bu hüquqdan məhrum edilməməsi;
8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyətin davam etdirilməsi imkanının yaradılması;
Eyni zamanda müxtəlif fəaliyyət növləri həyata keçirildikdə gəlir və xərclərin ayrıca uçotu aparılmaqla sadələşdirilmiş vergi ödəyicisi hüququnun saxlanılması.
4. Maliyyə sanksiyalarına güzəşt
Maliyyə sanksiyası tətbiq edildikdən sonra 10 iş günü ərzində ödənildiyi halda, həmin məbləğ üzrə 10 faiz güzəştin tətbiqi təklif olunur.
5. Aqrar sahədə vergi güzəştləri
Kənd təsərrüfatı sahəsində tətbiq olunan 100 faizlik vergi azadolmasının ləğvi və əvəzində 5 il müddətinə 90 faizlik güzəşt mexanizminin tətbiqi nəzərdə tutulur.
6. Hotellər üçün vergi azadolması
Hotellərin əcnəbilərə göstərdiyi xidmətlərdən əldə olunan gəlirlərin 2027-ci il yanvarın 1-dən etibarən 5 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi təklif olunur.
7. Ölkədaxili yükdaşıma fəaliyyəti
Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsi üzrə alternativ olaraq 5 il müddətinə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəmək hüququnun verilməsi nəzərdə tutulur.
8. Xaricdən mal alışına tətbiq edilən vergi
Smart Customs sistemi vasitəsilə ölkəyə gətirilən mallara tətbiq olunan 2 faizlik verginin ləğvi təklif olunur.
9. Bərbər və gözəllik salonları üçün yeni vergi qaydaları
Bərbər və gözəllik salonlarının 5 il müddətinə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ əldə etməsi nəzərdə tutulur. Təklifə əsasən:
Nağd dövriyyə üzrə 8 faiz;
Nağdsız dövriyyə üzrə 6 faiz vergi tətbiq ediləcək;
ƏDV üzrə güzəştlərin verilməsi də nəzərdə tutulur.
10. Şirinləşdirilmiş qazlı və mineral içkilərə aksiz vergisi
Şirinləşdirilmiş qazlı və mineral içkilərin aksizli mallar siyahısına daxil edilməsi və hər litr üçün 10 qəpik aksiz vergisinin tətbiqi təklif olunur.
Qeyd edək ki, sadalanan yeniliklər qanunvericiliyə dəyişiklik layihəsində nəzərdə tutulan təkliflərdir. Onların tətbiqi müvafiq qanunvericilik dəyişikliklərinin qəbul edilməsindən asılıdır.

en
ru
tr