logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Yük avtonəqliyyatı üçün elektron yol vərəqi necə tərtib edilməlidir?

  • Bloq
  • 25-sen-2024, 10:57
  • 160
Yük avtonəqliyyatı üçün elektron yol vərəqi necə tərtib edilməlidir?

Yük avtonəqliyyatı üçün elektron yol vərəqi necə tərtib edilməlidir?


Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli, 355 nömrəli Qərarı ilə “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın və “Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərini nəzərdən keçirək. Qaydalara əsasən, həm elektron əmtəə-nəqliyyat qaiməsi, həm də yük avtonəqliyyatı üçün elektron yol vərəqi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində hazırlanır.

Qeyd edək 1 mart 2024-cü il tarixdən əmtəə-nəqliyyat qaiməsinin və yol vərəqinin elektron qaydada tərtib edilməsi ilə bağlı elektron xidmət istifadəyə verilib.

Bəs, yük avtonəqliyyatı üçün elektron yol vərəqi hansı hallarda tərtib edilir? Qaydalara əsasən, yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunu həyata keçirmək üçün tətbiq edilən elektron yol vərəqi əsasında həmin nəqliyyat vasitəsi ilə görülən işin və sərf edilən yanacağın həcmi müəyyən edilir.
Deməli, elektron əmtəə-nəqliyyat qaiməsində əasən daşınan yüklər üzrə məlumat edilirsə, elektron yol vərəqisində isə əsasən, nəqliyyat vasitəsinin hərəkəti və sərf edilən yanacağın miqdarı qeyd edilir.

Misal 1. Vergi ödəyicisi tikinti materiallarını özünün nəqliyyat vasitəsilə sifariş edən şəxsə göndərir. Bu zaman vergi ödəyicisi yüklər haqqında məlumat daxil etməklə elektron əmtəə-nəqliyyat qaiməsi tərtib etməlidir. Həmçinin də, nəqliyyat vasitəsi üçün elektron yol vərəqi tərtib etməlidir.

Misal 2. Vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının kənddə fəaliyyət göstərən istehsalçıdan alınmasını həyata keçirir. Yükalan qismində çıxış edən vergi ödəyicisi elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edərək qarşı tərəfə göndərir. Bu zaman elektron əmtəə-nəqliyyat qaiməsi kağız daşıyıcıda qanunvericiliyə uyğun olaraq çap edilərək vergi orqanında uçotda olmayan şəxs tərəfindən imzalanmalıdır.

Misal 3. Vergi ödəyicisi yüklərin daşınmasını digər vergi ödəyicisi olan daşıyıcıya həvalə edir. Bu zaman vergi ödəyicisi elektron əmtəə-nəqliyyat qaiməsini təsdiq üçün daşıyıcının informasiya sistemində yaradılmış elektron kabinetinə göndərməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və tətbiq olunan güzəştlər
    Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və tətbiq olunan güzəştlər
    25-iyn-2026 | Bloq
  • Suvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
    Suvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
    25-iyn-2026 | Bloq
  • Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    24-iyn-2026 | Bloq
  • Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    24-iyn-2026 | Bloq
  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech