logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Kameral vergi yoxlamalarının üstünlükləri

  • Bloq
  • 21-okt-2024, 11:51
  • 52
Kameral vergi yoxlamaları üstünlükləri

Kameral vergi yoxlamalarının üstünlükləri


Biznes subyektlərinin tez-tez rastlaşdığı vergi yoxlamalarına səbəb olan hallar və bununla bağlı çıxış yollarını aydınlaşdıran A.Bayramov qeyd edib ki, kameral vergi yoxlaması mühasiblərin çoxunun ən aktual, hər gün rastlaşdığı yoxlamalardan biridir: “Bu zaman vergi ödəyicisinin göndərdiyi məlumatlar, hesabatlar və digər mənbələrdəki informasiyalar çarpaz yoxlanılır. Əgər hansısa bir uyğunsuzluq aşkarlanarsa, vergi ödəyicisinə məktub göndərilir və yanlışlığın aradan qaldırılması istənilir. Proses AVİS proqramı vasitəsilə həyata keçirilir və təqdim olunan bəyannamələrdəki çarpaz yoxlamalar nəticəsində uyğunsuzluqlar aşkar edilir. Məsələn, əmlak vergisi və mənfəət vergisi bəyannamələri arasında çarpaz yoxlama nəticəsində üzə çıxıb ki, vergi ödəyicisi mənfəət vergisi bəyannaməsində sahibkar barədə məlumatları göstərib, amma əmlak vergisi bəyannaməsini təqdim etməyib və ya məlumatlar yanlış verilib. Vergi orqanı bu məlumatları analiz edərək əsas vəsaitlərlə bağlı olan dövrün əvvəlinə və sonuna qalıq olduğunu, lakin əmlak vergisi bəyannaməsinin təqdim edilmədiyini göstərir. Bu zaman mənfəət vergisi bəyannaməsində göstərilən xərclərlə də bağlı uyğunsuzluq üzə çıxa bilər”.

Bu cür uyğunsuzluqların kameral vergi yoxlaması vasitəsilə üzə çıxarılmasının mühasiblərin xeyrinə olduğunu deyən mütəxəssis bununla onların səyyar vergi yoxlaması risklərindən sığortalandıqlarını vurğulayıb. O, hətta mühasiblərin AVİS-in imkanlarından istifadə edərək boş hesabat göndərdikləri halda bir çox uçot məlumatlarını əldə edərək rahat şəkildə bəyannamələrini yenidən göndərə biləcəklərini diqqətə çatdırıb və bəzi tövsiyələrini də səsləndirib: “Qanunvericiliyə əsasən, hüquqi şəxslərdən icarəyə götürülmüş əmlaklara görə ödəmə mənbəyindən vergi tutulmur və bununla bağlı hesabat tələb edilmir. Amma ilin sonunda mənfəət vergisi bəyannaməsi təqdim edən zaman icarə haqlarının məbləğini hüquqi şəxslər üzrə qeyd edəndə avtomatik uyğunsuzluq üzə çıxır. Bu halda qanunvericiliyə əsaslanaraq məktublarla izahlar vermək olur. Ancaq ay ərzində 4-5 dəfə məktub, hesabat təqdim etməkdənsə, bir dəfə ödəmə mənbəyində vergi bəyannaməsini tərtib edib orada hüquqi şəxslərdən gələn icarə haqlarını qeyd edib göndərmək daha rahatdır”.

A.Bayramov AVİS vasitəsilə üzə çıxarılanlar sırasında əməkhaqqı xərcləri, qeyri-rezidentlər üzrə əlavə dəyər vergisi və ödəmə mənbəyinə vergi ilə bağlı uyğunsuzluqları da qeyd edib və bunlarla bağlı izahlar verib.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    07-apr-2026 | Bloq
  • Bir sıra normativ sənədlər təsdiq edilib
    Bir sıra normativ sənədlər təsdiq edilib
    07-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech