logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV məbləğinin əvəzləşdirilməsi vaxtı

  • Bloq
  • 25-okt-2024, 09:55
  • 69
Büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV məbləğinin əvəzləşdirilməsi vaxtı

Büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV məbləğinin əvəzləşdirilməsi vaxtı


Vergi ödəyicisinin büdcəyə ödəmələri müəyyən edilərkən əvəzləşdirilən ƏDV məbləğlərinin hesablaması qaydaları Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Mütəxəssis Nihad Səmədov qanunvericiliyin bu tələbini şərh edir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:

- hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt.

Tutaq ki, ƏDV ödəyicisi olan “A” müəssisəsi digər ƏDV ödəyicisi olan “T” müəssisəsindən mart ayında ƏDV daxil olmaqla 1.416 manat dəyərində xidmət alıb. Xidmət alındığı ay elektron qaimə-faktura əldə edilib və həmin ay 1.200 manat bank hesabına, 216 manat isə ƏDV depozit hesabına köçürülüb. “A” müəssisəsi mart ayında “C” müəssisəsinə ƏDV daxil olmaqla 3.540 manat dəyərində mal satıb və “C” müəssisəsi mart ayında ödənişi icra edib. “A” müəssisəsinin mart ayı üçün olan 540 manat öhdəliyindən 216 manat məbləğ çıxılmalı və 324 manat məbləğində ƏDV büdcəyə köçürülməlidir.

Misal 1: ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətə görə satıcı tərəf 2024-cü ilin may ayında elektron qaimə-faktura təqdim edib və həmin ayda da 17.700 manat müəssisə tərəfindən nağdsız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Bu halda müəssisə may ayında 2.700 manat ƏDV məbləğini əvəzləşdirə bilər.

Misal 2: ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətə görə satıcı tərəf 2024-cü ilin may ayında elektron qaimə-faktura təqdim edib, xidmətin tam dəyəri müəssisə tərəfindən sentyabr ayında nağdız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Bu halda müəssisə sentyabr ayında 2.700 manat ƏDV məbləğini əvəzləşdirə bilər.

Misal 3: ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətin tam dəyəri 2024-cü ilin may ayında nağdsız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Lakin satıcı tərəf sentyabr ayında elektron qaimə-faktura təqdim edib. Bu halda müəssisə 2.700 manat ƏDV məbləğini sentyabr ayında əvəzləşdirə bilər.

Misal 4: ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətin tam dəyəri müəssisə tərəfindən avans olaraq 2024-cü ilin aprel ayında nağdsız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Satıcı tərəf isə xidmətin başa çatdığı gün, yəni sentyabrın 14-də elektron qaimə-faktura təqdim edib. Bu halda müəssisə 2.700 manat ƏDV məbləğini sentyabr ayında əvəzləşdirə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq
  • Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    01-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    01-iyn-2026 | Bloq
  • 2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • 109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    25-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech