Xaricdə yaşayan şəxslərə onlayn təlim keçirən şəxs kartdan-karta ödənişləri sadələşdirilmiş vergiyə cəlb edə bilərmi?
- Tarix
- Oxunma 14
Xaricdə yaşayan şəxslərə onlayn təlim keçirən şəxs kartdan-karta ödənişləri sadələşdirilmiş vergiyə cəlb edə bilərmi?

Bildiririk ki, xaricdə yaşayan şəxslərə onlayn formada təlimlərin keçirilməsi və bu fəaliyyət üzrə ödənişlərin əldə edilməsi sahibkarlıq fəaliyyəti hesab olunur. Bu səbəbdən fəaliyyətə başlamazdan əvvəl fiziki şəxs vergi ödəyicisi kimi uçota alınmalı və müvafiq VÖEN əldə etməlidir.
Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs fəaliyyətə başladığı günədək vergi uçotuna alınmalıdır. Vergi uçotuna alınma ödənişsiz həyata keçirilir və bunun üçün müvafiq ərizə vergi orqanına təqdim edilir.
Fiziki şəxs seçdiyi vergitutma sistemindən asılı olaraq sadələşdirilmiş verginin və ya gəlir vergisinin ödəyicisi ola bilər. Sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, əldə edilən ümumi hasilatdan xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.
Bununla yanaşı, xidmətlərin xarici şəxslərə göstərilməsi zamanı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun qorunması üçün qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Belə ki, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların, o cümlədən qeyri-rezident hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti həyata keçirən qeyri-rezident fiziki şəxslərə invoys əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyərinin ümumi əməliyyatların 30 faizindən çox olmaması tələb olunur.
Digər tərəfdən, fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər çıxıldıqdan sonra qalan məbləğə 20 faiz dərəcə ilə gəlir vergisi tətbiq edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində elm, təhsil, mədəniyyət və idman sahəsində xidmət göstərən və təqvim ili ərzində həmin fəaliyyətlərdən əldə etdiyi gəliri 45.000 manatadək olan fiziki şəxslər üçün güzəşt nəzərdə tutulub. Təlim fəaliyyəti qeyd olunan sahələrə aid olduğu halda, həmin fəaliyyətdən əldə edilən gəlirin 75 faizinin gəlir vergisindən azad edilməsi imkanından istifadə edilə bilər.
Qeyd edilməlidir ki, ödənişlərin kartdan-karta qaydada qəbul edilməsi həmin gəlirlərin vergiyə cəlb olunması öhdəliyini aradan qaldırmır. Vergi ödəyicisi tərəfindən həyata keçirilən nağdsız ödəniş əməliyyatları Vergi Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq açılmış hesablar vasitəsilə aparılmalıdır.
Əsas: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4, 35, 102.1.30-1 və 220-ci maddələri.

en
ru
tr