logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Kartdan karta köçürmə ilə bağlı - NƏZARƏT GÜCLƏNDİRİLİB

  • Bloq
  • 28-okt-2024, 12:48
  • 70
Kartdan karta köçürmə ilə bağlı - NƏZARƏT GÜCLƏNDİRİLİB


Kartdan karta köçürmə ilə bağlı - NƏZARƏT GÜCLƏNDİRİLİB


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin bəzi hallarda POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirildiyi müşahidə olunur.

Pərakəndə ticarət obyektində POS-terminal quraşdırılması zəruridirmi?

AZE Finance Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyənləşdirilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.
Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.

Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    19-mar-2026 | Bloq
  • İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    19-mar-2026 | Bloq
  • Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    18-mar-2026 | Bloq
  • Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    18-mar-2026 | Bloq
  • Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    16-mar-2026 | Bloq
  • 7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    16-mar-2026 | Bloq
  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech