logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Elektron formada bağlanan əmək müqaviləsində dəyişikliklər ayrıca sənəd kimi imzalanacaq?

  • Bloq
  • 05-noy-2024, 09:51
  • 47
Elektron formada bağlanan əmək müqaviləsində dəyişikliklər ayrıca sənəd kimi imzalanacaq?

Elektron formada bağlanan əmək müqaviləsində dəyişikliklər ayrıca sənəd kimi imzalanacaq?


Son dəyişikliklərədək əmək müqaviləsinə dəyişiklik olunan zaman əmək müqaviləsinə əlavə sənədi hazırlanaraq işçiyə imzalatdırılırdı. Doğrudur, 12 may 2023-cü il tarixdən tətbiq edilən ƏMAS altsistemində əmək müqaviləsinə dəyişiklik yeni əmək müqaviləsinin tərtibi yolu ilə həyata keçirilsə də, işəgötürənlər yalnız bəzi hallarda həmin elektron əmək müqaviləsini işçiyə imzalatdırılmasını təmin edirdilər. Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilib: “Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.”

Əlavə edilən cümlədən göründüyü kimi, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsində dəyişiklik zamanı artıq əmək müqaviləsinə əlavə yox, ilkin əmək müqaviləsi üzərindən yeni əmək müqaviləsi tərtib edilməlidir.
Misal. İşçi 10 yanvar 2024-cü il tarixdə əmək müqaviləsi bağladığı işçinin iş rejimini dəyişir. İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi 1 sentyabr 2024-cü il tarixdən beşgünlük iş rejimdən altıgünlük iş rejiminə keçirilir. Bu zaman işçi və işəgötürən arasında əmək müqaviləsinə əlavə yox, 10 yanvar 2024-cü ildə bağlanan əmək müqaviləsi üzərindən yeni elektron sənəd formasında bağlanan əmək müqaviləsi imzalayacaq. İşəgötürən və işçi arasında razılaşmaya əsasən, işçinin əmək haqqı 1 oktyabr 2024-cü il tarixdən artırlacaq. Bu zaman yenidən elektron əmək müqaviləsi hazırlandığı üçün həm 10 yanvar, həm də 1 sentyabr 2024-cü il tarixdən olan şərtlər nəzərə alınmaqla yeni elektron sənədə formasında əmək müqaviləsi hüquqi qüvvəyə minəcək.
İşәgötürәn ƏMAS altsistemindә әmәk müqavilәsinә dәyişikliklәr etdikdә, mütlәq elektron sәnәd formasında әmәk müqavilәsinin bağlanılması hәyata keçirilməlidir.

Misal. İşəgötürən 10 iyul 2024-cü il tarixli əmək müqaviləsində işçinin əmək haqqı ilə bağlı dəyişiklik həyata keçirib. Əmək Məcəlləsində son dəyişikliklərin qüvvəyə mindiyi 12 avqust 2024-cü il tarixdən etibarən müqavilədə hər hansı dəyişiklik olmadığından ƏMAS altsistemində işçi ilə bağlı məlumatlar “Onlayn müqavilə” yox, “Əmək müqaviləsi bildirişi” bölməsində yerləşdirilir.İşəgötürən əmək müqaviləsində dəyişiklik etdikdə, yeni əmək müqaviləsi elektron formada tərtib olunmaqla bağlanılır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    21-apr-2026 | Bloq
  • Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    21-apr-2026 | Bloq
  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq
  • Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?
    Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?
    20-apr-2026 | Bloq
  • ƏDV məqsədləri üçün qeydiyyat limiti necə müəyyən edilir?
    ƏDV məqsədləri üçün qeydiyyat limiti necə müəyyən edilir?
    17-apr-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    17-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?
    ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?
    16-apr-2026 | Bloq
  • Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir
    Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir
    16-apr-2026 | Bloq
  • MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    15-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech