Xarici şirkətlərə proqram təminatının hazırlanması xidmətləri göstərən fərdi sahibkar hansı vergiləri ödəməlidir?
- Tarix
- Oxunma 4
Xarici şirkətlərə proqram təminatının hazırlanması xidmətləri göstərən fərdi sahibkar hansı vergiləri ödəməlidir?

ABŞ və digər ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslərə məsafədən proqram təminatının hazırlanması (Java/backend) xidmətləri göstərən, muzdlu işçisi olmayan fərdi sahibkar hansı vergitutma rejimini seçə bilər? Bu fəaliyyətə sadələşdirilmiş vergi, gəlir vergisi, ƏDV və sosial sığorta öhdəlikləri necə tətbiq olunur?
Bildirilib ki, qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmaq tələb olunur.
Fərdi sahibkarın gəlirləri yalnız vergi ödəyicisi olan hüquqi şəxslərdən əldə edildiyi və xidmətlər B2B müqavilələri əsasında göstərildiyi üçün onun 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bu halda sahibkar gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.
Gəlir vergisi sahibkarlıq fəaliyyəti üzrə əldə edilmiş gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı sənədləşdirilmiş xərclər çıxıldıqdan sonra qalan məbləğə 20 faiz dərəcə ilə hesablanır.
Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, proqram təminatının işlənməsi sahəsində xidmətlər göstərən fiziki şəxslərin təqvim ili ərzində əldə etdikləri gəlirlər (xərclər nəzərə alınmadan) 45 000 manatı keçmədikdə həmin gəlirin 75 faizi gəlir vergisindən azad edilir. Gəlir 45 000 manatı keçdikdə isə bu güzəştin tətbiqi üçün həmin maddədə nəzərdə tutulan şərtlər ödənilmiş hesab edilmir.
ƏDV ilə bağlı olaraq, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan artıq olduqda ƏDV qeydiyyatı öhdəliyi yaranır. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə uyğun olaraq elektron şəbəkələr vasitəsilə göstərilən xidmətlərdə xidmətin göstərildiyi yer alıcının yerləşdiyi və ya qeydiyyatda olduğu yer hesab olunur. Bu səbəbdən qeyri-rezident hüquqi şəxslərə göstərilən müvafiq elektron xidmətlər xidmət ixracı hesab edilir və 0 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.
Məcburi dövlət sosial sığorta haqqı 2026-cı il yanvarın 1-dən etibarən gəlirlərin (xərclər çıxılmadan) 2 faizi miqdarında hesablanır. Bununla belə, aylıq sosial sığorta haqqı minimum əməkhaqqının 15 faizindən az, 100 faizindən çox ola bilməz.
İcbari tibbi sığorta haqqı isə fərdi sahibkarlar üçün minimum aylıq əməkhaqqının 4 faizi məbləğində müəyyən edilir.
Qeyd olunur ki, konkret vergi öhdəliklərinin müəyyənləşdirilməsi xidmətlərin xarakterindən və ilkin sənədlərdən asılı olduğundan, ətraflı məlumat üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

en
ru
tr