logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS altsistemində məhkumluq haqqında arayışları necə əldə etmək mümkündür?

  • Bloq
  • 18-noy-2024, 11:18
  • 102
ƏMAS altsistemində məhkumluq haqqında arayışları necə əldə etmək mümkündür?

ƏMAS altsistemində məhkumluq haqqında arayışları necə əldə etmək mümkündür?


ƏMAS altsisteminə edilən son dəyişikliklərdən biri də məhkumluq arayışının bu altsistemə yüklənməsidir. İşəgötürən ƏMAS altsisteminin “Təqdim olunan arayışlar” bölməsinin “Məhkumluq haqqında arayışlar” altbölməsində işçinin məhkumluq haqqında arayışları ilə tanış ola bilər.
Arayışın ƏMAS-da qeyd olunması üçün işçinin ASAN Xidmət və ya mygov.az portalı vasitəsilə məhkumluq haqqında arayış üçün müraciət etməsi lazımdır. İşçinin müraciətində məlumatın hansı işəgötürənə göndərilməsi haqqında qeyd olur. Dövlət qurumu arayış hazır olan zaman onun bir nüsxəsini rəqəmsal qaydada ƏMAS sisteminə ötürür.

Bir məsələni qeyd edək ki, məhkumluq haqqında arayışlar bütün işçilər üçün tələb olunmur. Yalnız qanunvericiliklə tələb edilən vəzifələr üçün məhkumluq haqqında arayışlar tələb edilə bilər. Misal üçün, “Banklar haqqında” AR Qanununa əsasən, vətəndaş qüsursuzluğu dedikdə, benefisiar mülkiyyətçilər, mühüm iştirak payının sahibləri, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici üçün məhkumluğunun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi faktının olmaması başa düşülür.

Göründüyü kimi, qanunda qeyd edilən şəxslər üçün məhkumluq arayışların əldə edilməsi mütləq tələbdir. Çünki məhkum olunmuş şəxslərin qeyd edilən vəzifələrdə çalışmasına qanunla məhdudiyyət qoyulur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech