logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək kitabçası hansı hallarda tələb oluna bilər?

  • Bloq
  • 20-noy-2024, 09:57
  • 49
Əmək kitabçası hansı hallarda tələb oluna bilər?

Əmək kitabçası hansı hallarda tələb oluna bilər?


Son dəyişikliklərədək, Əmək Məcəlləsinin 48-ci maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq, işəgötürən işçi ilə əsas iş yeri üzrə əmək müqaviləsi bağlayarkən minimum iki sənədi tələb edirdi:

- Əmək kitabçası;

- Şəxsiyyəti təsdiq edən sənəd.


Əmək kitabçasının təqdim edilməsi ilə bağlı bəzi istisnalar mövcuddur. Belə ki, məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası tələb etmədən əmək müqaviləsi bağlanıla bilər.

Elektron formada əmək müqaviləsi bağlanılan bütün kateqoriyaya aid olan namizədlərdən işə qəbul zamanı əmək kitabçası tələb edilməsinə ehtiyac yoxdur. Belə ki, Əmək Məcəlləsinin 48-ci maddəsinin birinci hissəsində qeyd edilir ki, əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə habelə əmək kitabçasını təqdim edir.

Maddədən də göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilən vəzifələr - yəni kağız formada əmək müqaviləsi bağlanılanlar istisna olmaqla, digər hallarda əmək ktabçası tələb edilmir.

Bəs bu halda işəgötürən işçinin əmək stajinı necə müəyyən edəcək?

Əmək Məcəlləsində son dəyişikliklərin edilməsi ilə bağlı Qanunun keçid müddəasında əmək stajının müəyyən edilməsinə aydınlıq gətirilib. Belə ki, Qanunun 12.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir. Keçid müddəasının tələbləri üzrə 3 məqama diqqət yetirək:

Birinci məqam. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş dövlət orqanlarında çalışan şəxslər üçün əmək stajı onların əmək kitabçası əsasında müəyyən ediləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə əmək müqaviləsinin kağız formada bağlanılması mütləq tələb olunan vəzifələrin siyahısı təsdiqlənib.

Misal 1: Miqrasiya xidməti orqanlarında çalışan xüsusi rütbəli vəzifəli işçinin əmək stajı müəyyən edilərkən həmin şəxsin hansı dövrlərdə çalışmasından asılı olmayaraq, iş məlumatları əmək kitabçasında qeyd olunmalıdır.

İkinci məqam əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı ilə bağlıdır. Sual yarana bilər ki, niyə məhz iyul 2014-cü il tarixi əsas götürülüb? Cünki əmək müqavilələrinin elektron qeydiyyat sistemi həmin tarixdən etibarən fəaliyyətə başlayıb. Digər sual: niyə həmin tarixə əmək müqaviləsinə xitam verilən işçilər nəzərdə tutulub?

Çünki işəgötürənlər 1 iyul tarixinə aktiv olan əmək müqavilələrini elektron informasiya sisteminə daxil ediblər.

Misal 2: İşçi 10 oktyabr 2008-ci il tarixdə işə qəbul olunub. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinə 12 mart 2015-ci il tarixdə xitam verilib. Bu zaman həmin məlumatlar ƏMAS altsistemində mövcud olacaq.

Misal 3: İşçi 15 mart 2013-cü il tarixdə işə qəbul olunsa da əmək müqaviləsinə 1 il müddətdən sonra - 15 mart 2014-cü il tarixdə xitam verilib. İşçinin əmək müqaviləsinə 1 iyul 2024-cü il tarixədək xitam verildiyi üçün ƏMAS altsistemində həmin məlumatlar olmayacaq.

Üçüncü məqam isə işçinin əmək stajının izlənməsidir. Qeyd edək ki, işçinin əmək stajı anlayışından Əmək Məcəlləsinin bəzi maddələrində istifadə edilir. Həmin maddələr haqqında məlumatı təqdim edirik:

Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis - peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir (xüsusi rütbəli şəxslər istisna olmaqla). İşğaldan azad edilmiş ərazidə işləyən mütəxəssisi işə qəbul edən işəgötürən onun son 60 ay ərzində ən azı 24 ay əmək stajının olmasını yoxlamalıdır.

Müəssisənin ləğvi və işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə bağlı məsələləri tənzimləyən Əmək Məcələsinin 77-ci maddəsində də əmək stajına istinad olunur. Sadəcə, istər xəbərdarlıq, istərsə də işdənçıxarma müavinəti zamanı işçinin sonuncu iş yeri üzrə əmək stajı nəzərə alınır.

Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri müəyyən edilir. İnsan resursları mütəxəssislərinin əmək stajı ilə bağlı ən çox müraciət etdiyi məsələ əlavə məzuniyyətlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü və on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Bir məqamı da bildirək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və ya sosial məzuniyyət zamanı əmək stajına yox, sosial staja istinad edilir.

Dördüncü məqam isə elektron informasiya sistemində məlumatları mövcud olmayan işçilərin əmək stajının müəyyən edilməsidir.

Misal 4: İşə qəbul edilən şəxsin 2008-ci ildən 2013-cü il tarixə kimi əmək stajı olsa da məlum səbəblərdən həmin məlumatlar elektron informasiya sistemində əks olunmayacaq. Bu zaman işəgötürən işə qəbul olunan şəxsdən əmək stajını müəyyən etmək üçün əmək kitabçasından müvafiq səhifələrin surətini tələb edə bilər.
Mövzunu ekspert Anar Bayramov şərh edib.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq
  • Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    07-iyl-2025 | Bloq
  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq
  • Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    03-iyl-2025 | Bloq
  • İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    02-iyl-2025 | Bloq
  • Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    02-iyl-2025 | Bloq
  • Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    01-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]