logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hüququ şəxslərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin elektron qaydada təqdim edilməsi

  • Bloq
  • 04-dek-2024, 09:43
  • 66
Hüququ şəxslərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin elektron qaydada təqdim edilməsi

Hüququ şəxslərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin elektron qaydada təqdim edilməsi


Anar Bayramovun təqdimatında: Hüququ şəxslərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin elektron qaydada təqdim edilməsi:
Artıq yaxın günlərdə kommersiya hüququ şəxslərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərlə bağlı sənədləri, məlumatları vergi orqanına kağız daşıyıcıda deyil, elektron qaydada təqdim edəcəyik.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın işçi qrupları çərçivəsində müzakirə olunan məsələlərdən biri olan beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin daha da yaxşılaşdırılması üçün DVX tərəfindən bir sıra elektron xidmətlər hazırlanıb.

Belə ki, bildiyimiz kimi hal-hazırda yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı ilə bağlı prosedurlar elektron qaydada həyata keçirilir. Ancaq sonrakı dövrlərdə kommersiya hüquqi şəxslərdə baş verən dəyişikliklər, məsələn MMC-nin adının dəyişdirilməsi, direktor dəyişikliyi hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, nizamnamə kapitalı ilə bağlı dəyişiklik və digər dəyişikliklər üçün mütləq kağız daşıyıcıda vergi orqanına müraciət edilməlidir. Amma vergi orqanı tərəfindən bu rəqəmsal xidmət istifadəyə verildikdən sonra 3 gün ərzində bu proseslər elektron qaydada həll olunacaq. Belə ki, bunun üçün mütləq təsisçilərin gücləndirilmiş elektron imzaları olmalıdır. Məsələn, MMC-nin icra orqanı olaraq rəhbəri olan direktoru dəyişdirilirsə o zaman elektron qaydada portalda yeni direktorun məlumatları müvafiq xanalara daxil ediləcək, onlayn qaydada təsisçilərin qərarı elektron imza ilə imzalanacaq, qərar avtomatik generasiya olunacaq və bütün tələb olunan müvafiq xanalar doldurulduqdan sonra ərizə onlayn qaydada göndəriləcək.

Vergi orqanı tərəfindən məlumatlarda uyğunsuzluq aşkar edilməzsə yeni reyestrdən çıxarış hüquqi şəxsin elektron kabinetinə göndəriləcək. Eyni qaydada məsələn şirkətin paylarının alqı-satqısı zamanı təsisçi məlumatlarında dəyişiklik olarsa, yəni təsisçi dəyişlikyi olarsa o zaman da yeni təsisçi və ya təsisçilər barədə məlumatlar elektron qaydada ərizənin müvafiq xanaları doldurulduqdan və tələb edilən sənədlər (məsələn alqı-satqı müqaviləsi) yükləndikdən sonra, onlayn qaydada təsisçi qərarı, yeni redaksiyada nizamnamə (və ya nizamnaməyə edilmiş dəyişiklik layihəsi) elektron imza ilə imzalanır və ərizə vergi orqanına göndərilir. Vergi orqanı tərəfindən məlumatlarda uyğunsuzluq aşkar edilməzsə nizamnamə və yeni reyestrdən çıxarış hüquqi şəxsin elektron kabinetinə göndəriləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech