logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS altsistemində xitam əmrləri ilə bağlı YENİ bölmə

  • Bloq
  • 09-dek-2024, 10:29
  • 98
ƏMAS altsistemində xitam əmrləri ilə bağlı YENİ bölmə: 5 sual – 5 cavab

ƏMAS altsistemində xitam əmrləri ilə bağlı YENİ bölmə


Xəbər verdiyimiz kimi, ƏMAS altsistemində əmək müqaviləsinə xitam əmrinin hazırlanması prosesinə yeni bölmə daxil edilib. Dövlət qurumu işəgötürənə əmək müqaviləsinə xitam verilən işçinin səlahiyyətinin ləğvi ilə bağlı prosesin həyata keçirilməsinə imkan yaradıb. İşəgötürən “Əməkdaşın icazələri silinsinmi” sualına “Bəli” və ya “Xeyr” cavabı verməlidir.
İnsan resursları sahəsində çalışan həmkarlarımızın ƏMAS altsistemində xitam əmri yaradılan zaman hazırlanan yeni bölmə üzrə suallarını 5 qrupda təsnifləşdirib:

Sual 1.İşəgötürən əmək müqaviləsinə xitam verilən bütün işçilər üçün həmin bölmədə qeyd aparmalıdır?

Dövlət qurumu ƏMAS altsistemində əmək müqaviləsinə xitam verilən bütün işçilər üzrə yeni bölməni aktiv olaraq müəyyənləşdirib.
Sual 2. İşəgötürən yeni bölmədə “Bəli” düyməsini seçdikdə hansı icazələri ləğv edir?

İşəgötürən əmək müqaviləsinə xitam bölməsində “Bəli” düyməsini seçdiyi zaman işdən çıxarılan işçinin səlahiyyətlərini etibarsız hesab etmiş olacaq. Misal üçün, işəgötürən insan resursları üzrə mütəxəssisin əmək müqaviləsinə xitam zamanı müvafiq bölmədə “Bəli” düyməsi seçdikdə həmin şəxsə ƏMAS altsistemində verilən bütün səlahiyyətlər etibarsız hesab ediləcək. Əmək müqaviləsinə xitam verilən şəxs ƏMAS altsitemindəki xitamdan öncəki səlahiyyətlərindən istifadə hüququnu itirəcək.
Sual 3. İşəgötürənin ƏMAS-da səlahiyyət vermədiyi işçilər üzrə yeni bölmədə seçim edilməlidir?

ƏMAS altsistemində işəgötürənin səlahiyyət vermədiyi işçinin əmək müqaviəsinə xitam zamanı “Bəli” və ya “Xeyr”in seçilməsinin hər hansı əhəmiyyəti olmayacaq.
Sual 4. ƏMAS altsistemində işəgötürən tərəfindən səlahiyyətlərinə xitam verilən şəxslərin digər portaldakı icazələri də avtomatik ləğv edilir?

İşəgötürən ƏMAS altsitemində əmək müqaviləsinə xitam verdiyi işçi ilə bağlı yeni bölmədə “Bəli” düyməsi seçdikdə yalnız ƏMAS altsistemində verilən səlahiyyətlər dayandırılır. Əmək müqaviləsinə xitam verilən işçinin başqa portalda - misal üçün, işğaldan azad olunan ərazilərə getmək - icazəsi mövcuddursa, “Bəli” və “Xeyr” düyməsinin seçilməsinin həmin icazəyə aidiyyəti olmayacaq.
Sual 5. İşəgötürən hansı şəxslərin əmək müqaviləsinə xitam zamanı “Bəli” düyməsi seçdikdə onların ƏMAS-dakı funksiyasını dayandıra bilməyəcək?

ƏMAS-la bağlı keçirilən tematik təlimdə qeyd olunduğu kimi, işçilər üçün ƏMAS altistemində iki tip istifadəçi imkanları mövcuddur: “rəhbər” və “adi”. İşəgötürən işçi üçün gücləndirilmiş elektron imzanı “rəhbər” statusunda aldıqda, həmin şəxslərə ƏMAS altsistemində hər hansı səlahiyyət verilməsinə ehtiyac yaranmır. Bu səbəbdən “rəhbər” statusunda gücləndirilmiş elektron imzaya malik olan şəxs üçün əmək müqaviləsinə xitam zamanı yeni bölmədə “Bəli” düyməsi seçildiyi halda belə, həmin şəxsin ƏMAS altistemindən istifadə imkanları məhdudlaşdırılmır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech