logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sahibkarların riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və çıxarılması – yeni qaydalar

  • Bloq
  • 09-dek-2024, 11:08
  • 48
Sahibkarların riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və çıxarılması – yeni qaydalar

Sahibkarların riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və çıxarılması – yeni qaydalar


Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib. Artıq yeni sənəd “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında” adlandırılır. Yeniliyi vergi ekspertləri şərh edir.

Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanan sənəd vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. Əvvəlki qərardan fərqli olaraq, 21 noyabr 2024-cü il tarixindən Nazirlər Kabinetinin 265 nörməli qərarı ilə riskli vergi ödəyiciləri meyarı 3 istiqamət üzrə müəyyən olunub:

1.İşlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə;

İşlərin görülməsi və ya xidmətlərin göstərilməsi müvafiq iqtisadi resurs tələb edirsə və ya mövcud iqtisadi resurslar yetərli olmadığı halda, yaxud həmin resurslar olmadığı halda subpodratçı da cəlb etmədən həmin əməliyyat yerinə yetirilibsə, bu əməliyyat üzrə satıcı şəxs riskli vergi ödəyicisi olacaq.

İqtisadi resurslar aşağıdakı kimi təsnifləndirilib:

1. Təsərrüfat obyekti;
2. İşçi qüvvəsi;
3. Əsas vəsaitlər;
4. Xammal-material ehtiyatları;
5. Fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar.

2.Malların təqdim edilməsi üzrə;

Aşağıdakı qeyd olunmuş sənəd üzrə mallar əldə edilmədən təqdim edilməsinə görə təqdimetməni həyata keçirən şəxs həmin əməliyyat üzrə riskli vergi ödəyicisi olacaq:

1. Elektron qaimə-faktura üzrə;
2. Malların alış aktı üzrə;
3. Yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) üzrə;
4. Əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar;
5. Notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar;
6. İstehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar;
7. İstehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) əsas vəsaitlər;
8. Nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər.

3.Əmtəəsiz əməliyyatlar üzrə;

Bu hal birinci və ikinci bəndin nəticəsi olaraq qeyd olunub. Yəni, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab olunur.

Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi Qaydası və şərtləri

Satıcının təqdim etdiyi və eyni zamanda alıcı tərəfindən təsdiq edilmiş və ya təsdiq edilmiş hesab olunan (5 gün ərzində sistem tərəfindən təsdiq edilmiş) elektron qaimə-fakturalar üzrə 15 iş günü müddətində vergi orqanı tərəfindən təhlil aparılacaq. Təsdiq edilmiş əməliyyat 15 iş günü müddətində nəzərdə tutulan risk meyarlarından ən azı birinə cavab verərsə, həm satıcıya, həm də alıcıya aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq məktubu göndəriləcək.

Xəbərdarlıq bildirişi daxil olduqdan sonra 5 iş günü ərzində alıcı tərəfindən ya əməliyyat ləğv edilməli, ya da həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilməlidir. Əgər satıcı əməliyyatı ləğv etməsə və ya təqdim etdiyi izahatı (sənədləri) kifayət qədər tam və ya əsaslı olmasa, Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndəriləcək. Əlavə olaraq satıcıya əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq ediləcək.

Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması Qaydası və şərtləri

Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir:

1. Vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;

2. Aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech