logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

2024-cü il və dekabr ayı üzrə iş normaları necə tənzimlənəcək?

  • Bloq
  • 09-dek-2024, 12:44
  • 183
2024-cü il və dekabr ayı üzrə iş normaları necə tənzimlənəcək?

2024-cü il və dekabr ayı üzrə iş normaları necə tənzimlənəcək?


2023-cü ildə olduğu kimi, bu il də ilin sonuncu ayı dekabrın iş günləri və aylıq iş vaxtı normasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dəyişikliklər həyata keçirildi. İnsan resursları mütəxəssislərindən 2024-cü ilin istehsalat təqvimi və dekabr ayı üzrə iş vaxtı norması ilə bağlı daxil olan sualları 3 qrupda təsnifləşdirib.

Sual 1. 2024-cü ilin dekabr ayında beşgünlük iş həftəsində necə iş günü olacaq?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 3-17/3-5-42/2023 saylı qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. 2024-cü ilin istehsalat təqvimi təsdiq ediləndə dekabr ayında iş günlərinin sayı 20 iş günü müəyyənləşdirilmişdi. İstehsalat təqvimində bələdiyyə seçkilərinin 23 dekabr 2024-cü il tarixinə düşməsi ehtimal edildiyi üçün həmin tarix qeyri-iş günü sayılmışdı. Ancaq bələdiyyə seçkiləri 29 yanvar 2025-ci il tarixinə təyin edildiyi üçün artıq 23 dekabr 2024-cü il tarixi iş günü sayılır. Bundan əlavə, Baş nazir Əli Əsədovun 28 noyabr 2024-cü il tarixli, 499 saylı qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. Qərardan göründüyü kimi, 2025-ci ilin 3 yanvar tarixi ilə 2024-cü ilin 29 dekabr tarixi üzrə iş günləri dəyişdirildiyi üçün dekabr ayında iş günlərinin sayı 1 gün artıb. Beləliklə, 2024-cü il istehsalat təqvimində dekabr ayı üzrə 20 iş günü müəyyən olunsa da, faktiki olaraq bu ayda iş günlərinin sayı 2 iş günü (23 dekabr və 29 dekabr (3 yanvar 2025-ci il dəyişdirilən) artırıldığından aylıq iş günlərinin sayı 22-yə bərabər olacaq.

Sual 2. 2024-cü ilin dekabr ayında aylıq iş vaxtı norması nə qədər olacaq?

2024-cü ilin istehsalat təqvimində dekabr ayı üzrə aylıq iş vaxtı norması 20 iş günü üzrə 159 saat müəyyənləşdirilmişdi. Dövlət qurumu tərəfindən təsdiq edilən istehsalat təqvimində Əmək Məcəlləsinin 108-ci maddəsinin birinci hissəsinə əsasən, 30 dekabr 2024-cü il tarixi iş günü hesab edilməyən bayramdan (31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü) öncəki iş günü olduğu üçün iş vaxtının bir saat qısaldılması nəzərdə tutulmuşdu. Bələdiyyə seçkilərinin keçirilməsi tarixinin təyini və Nazirlər Kabinetinin müvafiq qərarı səbəbindən dekabr ayı üzrə iş günlərinin sayındakı dəyişiklikləri nəzərə alsaq, bu ay üzrə aylıq iş vaxtı norması 159 saat yox, 176 saat müəyyən olacaq. Bir məsələni də xüsusi olaraq vurğulayaq ki, dekabr ayının sonuncu iş günü olan 29 dekabr 2024-cü il tarixində iş vaxtının bir saat qısadılması nəzərdə tutulmadığı üçün həmin gün 8 saatlıq norma tətbiq ediləcək. Çünki Nazirlər Kabinetinin qərarından sonra iş günü hesab edilən 29 dekabr 2024-cü il tarixi bayramdan öncəki günə təsadüf etmir.

Sual 3. Altıgünlük iş həftəsində dekabr ayı üzrə iş günləri necə müəyyən ediləcək?

Bələdiyyə seçkilərinin olmaması səbəbindən 2024-cü ilin 23 dekabr tarixinin iş günü hesab edilməsi altıgünlük iş həftəsində çalışanların iş günü sayının artmasını təmin edəcək. Amma Nazirlər Kabinetinin iş günləri ilə istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı qərarı altıgünlük iş həftəsində çalışan işəgötürənlər üçün imperativ norma hesab edilmir. Bu səbəbdən altı günlük iş həftəsi tətbiq edilən işçilər üçün hər hansı dəyişikliyin həyata keçirilməsi nəzərdə tutulmayıb. Altıgünlük iş həftəsində çalışan işçilər üçün dekabr ayında iş günlərinin sayı bələdiyyə seçkilərinin keçirilməməsi səbəbindən 24 yox, 25 gün olacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    16-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech