logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək

  • Bloq
  • 12-dek-2024, 09:23
  • 56
Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək

Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı yaradıb. Bunu qurumun Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva bildirib.

Onun sözlərinə görə, artıq yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyatı ilə bağlı vergi orqanına elektron qaydada müraciət etmək mümkündür: "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın işçi qrupu çərçivəsində müzakirə olunan məsələlərdən biri MMC-lərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərinin elektron qaydada qeydiyyata alınması ilə bağlı yeni rəqəmsal xidmətin tətbiqi olub.

Məlum olduğu kimi, buna qədər yalnız MMC-lərin ilkin qeydiyyatı elektron qaydada həyata keçirilirdi. DVX tərəfindən aparılan hüquqi, təşkilati və texniki tədbirlərdən sonra artıq şirkətlər təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması üçün elektron ərizə ilə müraciət edə bilərlər".

MMC-lərin qeydiyyat məlumatlarının dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanından gücləndirilmiş elektron imza sahibləri istifadə edir və elektron məlumat dəyişikliyi 3 iş günü müddətində həyata keçirilir: "Müraciət zamanı internet vergi idarəsində yerləşdirilmiş elektron ərizə formasında dəyişiklik edilmiş məlumatlar (adı, hüquqi ünvanı, Müşahidə Şurasının tərkibi, qanuni təmsilçisi, MMC-nin təsisçiləri, nizamnamə kapitalı, nizamnaməyə dəyişiklik) doldurulur, dəyişikliyi təsdiq edən sənədlərin (auditor rəyi və yaxud bank qəbzi) skan olunmuş surəti ərizəyə əlavə edilir, ərizə və sənədlər təsisçilər və rəhbərin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Nizamnaməyə dəyişiklik və qərar avtomatik generasiya olunur, yeni nizamnamə, reyestrdən çıxarış və şəhadətnamə hüquqi şəxsin elektron kabinetinə göndərilir. Bu yenilik ölkədə biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. Biznesin qeydiyyatı prosesi üzrə Azərbaycan dünyada olan ən yaxşı təcrübələrdən birinə malikdir".

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech